KTN-də ciddi qanunsuzluqlara yol verilib - 5 halda cinayət tərkibi var + DETALLAR
05-04-2021 [14:58]
Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb.
Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Məlumatda deyilir ki, nazirlikdə mineral gübrələrin, biohumusun və pestisidlərin dəyərinin güzəşt olunan hissəsində büdcə qanunvericiliyinin tələblərinin icra edilməsi bölməsində 7 nöqsan aşkarlanıb.
Nazirlikdə yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, pambığa, süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiyası üzrə büdcə qanunvericiliyi bölməsi üzrə 18 nöqsan, investisiya xərcləri üzrə hissəsində büdcə qanunvericiliyi bölməsində 3 nöqsan, əsaslı qoyuluşlar bölməsində 14 nöqsan, dövlət satınalmaları bölməsində 1 nöqsan, ümumlikdə isə 18 nöqsan aşkarlanıb.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin büdcə qanunvericiliyi bölməsində 12 nöqsan, dövlət satınalmalarında 12 nöqsan, vergi və gömrük qanunverciliyində 5 nöqsan, ümumilikdə 29 nöqsan aşkarlanıb, Aqrar Kredit və İnkişaf Agentliyinin büdcə qanunvericiliyi bölməsində 7 nöqsan aşkarlanıb/Report.
***
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə - ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları ilə bağlı "Para" BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materialları Baş Prokurorluğa təqdim edib.
Bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, Hesablama Palatasına daxil olmuş məlumata görə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para” BOKT ASC tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı Baş Prokurorluğa təqdim edilmiş materiallar cinayət işinə əlavə edilərək istintaq aparılır/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi