Azərbaycan ordusunda şok “dedovşina” faktı

img

01-01-2014 [23:34]


Azərbaycan ordusunda dəhşətli "dedovşina” baş verdiyi iddia olunur. Belə ki, Biləsuvar rayonu Hərbi Komisarlığına 2013-cü ilin oktyabrında həqiqi hətbi xidmətə çağırılan Quliyev Vüsal Qurban oğlunun dayısı Fəxrəddin "Qafqazinfo”ya müraciət edərək bacısı oğlunun əsgərlikdə döyülməsi ilə bağlı şok faktlar açıqlayıb.

Dayı iddia edir ki, onun bacısı oğlu V.Quliyev Tərtər rayonunda yerləşən N saylı Hərbi Hissədə qulluq edirmiş. Təxminən iki həftə əvvəll o, iki zabit tərəfindən qolları bağlanaraq döyülüb. O, əsgərin döyülmə səbəbini belə açıqlayıb: "Komandir əsgəri söyüb deyə əsgər cavab qaytarıb. Bundan sonra komandir əsgərin şəxsiyyətini alçaldıcı ağır təhqir edərək şantaj edib. Əsəb keçirədiyi sarsıntıdan bir neçə gün yemək yeməməyib. Zabitləri əsbiləşdirən bu vəziyyət onun vəhşicəsinə döyülməsinə səbəb olub”.

Huşunu itirən əsgər əvvəlcə Sarıcalı Hospitalına yerləşdirilib. Bu günlərdə isə o, Bakıya Papanin Hospitalın gətirilib. Əsgər ayılandan sonra zabbitlər tərəfindən döyüldüyünü həkimə danışıb.

Artıq bununla bağlı biz Müdafiə naziri Zakir Həsənovadan tələb edirik ki, bizə cavab versinlər görək bu nə hadisədir. Müvafiq qrumlara bir neçə dəfə məlumat göndərsək də hələ ki bizə cavab verilməyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA