Daha bir İşçi Qrupunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
04-04-2021 [12:25]
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat, rabitə və yüksək texnologiyaların tətbiqi məsələlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupu həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat və rabitə infrastrukturunun qurulması, müasir çağırışlarla uzlaşan yüksək texnologiyaların tətbiqi, o cümlədən həmin ərazilərdə nəqliyyatın bütün növlərindən rahat və təhlükəsiz istifadə olunması, tranzit nəqliyyat əlaqələrinin bərpası və bu sahədə regional əməkdaşlığın genişləndirilməsi, magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümum istifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında telefon, internet, radio-televiziya yayımı, poçt xidmətlərinin göstərilməsi, respublikamızın efir təhlükəsizliyinin təmin edilməsi, həmçinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi məsələlərinin təmin edilməsi üzərində işləyir.
İşçi Qurun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müfəssəl Sahəvi Plana daxil olan tədbirlərin icrası, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının layihələndirilməsi və tikintisi, rayonlararası magistral kabel xətlərinin çəkilməsi və rabitə şəbəkələrinin qurulması üzrə görülən işlər barədə aidiyyəti qurumların məlumatları dinlənib, aparılan işlər müzakirə edilib, mövcud çətinliklər və problemlər də qeyd edilməklə, görüləcək işlər üçün istiqamətlər müəyyənləşdirilib, prioritet layihələrin hazırlanması və icrasının nəzarətdə saxlanması qərara alınıb. Həmçinin işğaldan azad olunan ərazilərə qayıdış və məskunlaşma tədbirləri çərçivəsində işlərin qarşılıqlı əlaqəli təşkili, təkrarçılığa yol verilməməsi, dövlət vəsaitlərinə qənaət edilməsi və istehlakçı məmnuniyyəti prinsipləri nəzərə alınmaqla xidmətlərin vahid mərkəzdən göstərilməsi məqsədilə dövlət qurumları və xidmət təşkilatlarının optimal yerləşdirilməsi məsələsi müzakirə edilib.
İclasda, eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi müzakirə edilərək, sənədlə bağlı rəy və təkliflər müəyyənləşdirilib.
İşğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi