Leyla Əliyeva məscidin açılışında - Foto

img

01-01-2014 [11:56]


Ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub.

Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Mərdəkanda Heydər cümə məscidinin yenidən qurulması Heydər Əliyev Fondunun ölkəmizdə milli mənəvi dəyərlərin inkişafı ilə bağlı gördüyü işlərə mühüm töhfədir. Bir müddət əvvəl rayon ağsaqqalları və din xadimləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyevaya məscidin bərpası xahişi ilə müraciət etmişdilər.

Fondun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidi bu gün artıq sakinlərin ixtiyarına verilir. Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxdı. Məlumat verildi ki, 1893-cü ildən fəaliyyət göstərən bu ibadət ocağında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Ötən ilin fevralında başlanan yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.  

Heydər Əliyev Fondunun vitse-prezidenti məsciddə yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılıb. Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim etdi. Məlumata görə, əvvəllər bir mərtəbədən ibarət olan məscidin yenidənqurma işlərindən sonra ikinci mərtəbəsi də inşa edilib. Burada 180 nəfərlik mərasim zalı yaradılmış, minarə tikilmişdir. Ümumiyyətlə, məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA