"Qanuni oğrular"ın toqquşması: "Kor Hüseyn" ləqəbli kriminal kimdir? - FOTOLAR
03-04-2021 [15:37]
Martın 31-də İstanbulun Başakşehir rayonunda biri Azərbaycan vətəndaşı olmaqla iki nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qanlı “razborka”hələ də diqqətdədir.
Qanlı “razborka” da "Kor Hüseyn" kimi tanınan Hüseyn Əhmədovun əsas fiqurant olması isə diqqəti bir neçə il əvvəl İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) əmlak uğrunda mübarizəsinə yönəldib.
Çünki Kor Hüseyn Lənkəranskinin ən yaxın adamlarından biri olub və onun qətlindən sonra başlamış əmlak bölüşdürülməsində, onunla yanaşı gürcü kriminalların da adı hallanırdı. İndi gürcülər və çeçenlər arasındakı bu atışma təbii olaraq sual doğurub: səbəb Lənkəranskinin varidatıdır, yoxsa…
Qeyd edək ki, kriminal aləmdə miras uğrunda mübarizə yeni məsələ deyil. Hansısa nüfuzlu “qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.

Məlumdur ki, Lənkəranski bir neçə il sığındığı Dubaydan sonra Türkiyədə məskunlaşmışdı. Onun bu ölkədə də stabil gəlir obyektləri vardı.
Bəzi məlumatlara görə, onun Türkiyədə himayə etdiyi çox sayda kommersiya şirkətləri olub. Hələ bir neçə il əvvəl bildirilirdi ki, Lənkəranskinin mirasına çeçen “qanun oğru” Kor Hüseynlə yanaşı gürcü “qanuni oğru” Merab Canqveladze də(Merab Suxumski) iddia edir. Bildirilirdi ki, Suxumski xüsusən Lənkəranskinin Türkiyədəki biznesinə də göz dikib.
Bildirək ki, Lənkəranskinin gürcü “qanuni oğru”larla münasibəti həmişə yaxşı olub. Gürcülər uzun illər onun kriminal klanına daxil olublar.

İstanbuldakı “razborka”nın 2 milyon TL borc məsələsinə görə olduğu deyilir. Borc daşınmaz əmlakın alqı-satqısı zamanı yaranıb. İstanbuldakı “razborka”nın da Lənkəranskinin hansısa obyektinin satışından əldə edilmiş pulun bölüşdürülməsinə görə baş verdiyi istisna edilmir.
Virtualaz.org “Kavkaz.realii” saytına istinadən bildirir ki, tərəflər bir gün əvvəl borc məsələsinə görə telefonda mübahisə ediblər. Onlar söhbəti ertəsi gün restoranda davam etdirməyi qərara alıblar. Söhbət zamanı Abdul-Malik adlı çeçen Kor Hüseynə sillə vurub. Kriminal avtoritet dərhal tapançanı çəkib və Abdul-Malikin başından vurub. Qarşı tərəfdən də silahlar işə düşüb və Kor Hüseynin tərəfində olan Azərbaycan vətəndaşı Rəhim Rəhmli hadisə yerində ölüb, biri restoranın sahibi olmaqla 2 nəfər yaralanıb.

Kor Hüseyn 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı “Belıy Lebed” adlanan təcridxanada alıb. Üst-üstə 14 il həbsdə olub. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib, 2017-ci ildə də qısa müddətli həbsdə olub. Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Azərbaycanlı “qanuni oğru”nun qətlindən sonra isə İstanbulu tərk edərək Qroznıya qayıdıb.
Bir müddət sonra isə yenidən İstanbula qayıdıb və Sabirabadlı Hikmətin(Hikmət Muxtarov) qardaşı oğlu Məmmədqulu Muxtarova “vor zakon” adı vermək üçün “sxodka” çağırıb. Amma bildirilirdi ki, o zaman Nadir Səlifov(Lotu Quli) “azərbaycanlı “qanuni oğrulara” mən ad verməliyəm” deyərək “sxodka”ya müdaxilə edib. Məlumdur ki, Lənkəranski kimi Kor Hüseyn də Qulinin düşmənlərindən sayılırdı. Onun erməni qadınla çoxlu şəkilləri var. Ehtimal ki, Suzanna Caqinyan Kor Hüseynin arvadıdır.
Maraqlıdır ki, özünü Lənkaranskinin varisi kimi təqdim edən Şeyx Həmzət də çeçendir və Kor Hüseynlə konflikdədir. Hətta Rusiya mənbələri iddia edirdi ki, Qroznıda toplaşan çeçen əsilli “qanuni oğru”lar- Əziz Batukayev, Kor Hüseyn, İslam Edilqiriyev, Əhməd Halinnski və digərləri Şeyx Həmzəti araqarışdıran, oğru aləminə nifaq salan birisi adlandırıblar. Kor Hüseyn isə bir qədər də irəli gedərək onu şoumen adlandırıb və Avropada özünü çeçen kimi təqdim etməsinə qarşı çıxıb. Şeyx Həmzətin hazırda harada olduğu haqda dəqiq bilgi yoxdur.
Kor Hüseynin məşhur çeçen “qanuni oğru” Əziz Batukayevlə də münasibətləri yaxşıdır ki, bu da ona gürcü kriminallarla indən sonrakı mümkün savaşında ciddi kart-blanş ola bilər. Əziz Batukayev 1966-cı il, aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Əzizin həbsxana həyatı barədə də əfsanələr danışılır. Deyilənə görə, həbsxananın iki mərtəbəsində 16 otaqda yerləşən Əziz orada xanımı ilə birgə yaşayıb.

Otaqlarda İçkeriyanın bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri asılıbmış. Batkuyevin mədəsində yara olduğu üçün həbsxananın həyətində üç inək və 15 keçi saxlayırlarmış ki, onun südü ilə özünü müalicə etsin. O, həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış. Koloniyanın mühafizəsinə etibar etməyən Əzizin yanında “Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub.
Onun azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilirdi. Hazırda Qırğızıstanın sabiq prezidenti, baş prokuroru bu erkən azad etməyə görə həbsdədirlər, Butakayevin isə harada olduğu bilinmir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi