Qələbədən 4 gün sonra şəhid olan Əli Mənəfli...
02-04-2021 [17:29]
Şirvan şəhidi Mənəfli Əli Əflan oğlu da 44 günlük müharibədə qanıyla iz qoyan, azad olunan rayonlarımızda şanlı bayrağımızın dalğalanmasında xidməti olan igid oğullarımızdandır.
Mia.az xəbər veirr ki, Əli Mənəfli 2001-ci ilin oktyabrın 12-də Şirvan şəhərində dünyaya göz açıb. 2007-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub.
2018-ci ildə 9-cu sinfi bitirən Əli təhsilini Şirvan Peşə liseyində davam etdirib.
2019-cu ildə təhsilini başa vurub və oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət və cəsarət nümunələri göstərib.
Noyabrın 14-də Şuşakənd yaxınlığında qəhrəmancasına şəhid olub. Qələbədən 4 gün sonra doğulub boya-başa çatdığı Şirvan şəhərində Şəhidlər Xiyabanında izdihamla dəfn edilib.
Ucaldığı müqəddəs şəhidlik məqamı ilə ölümünü ölümsüzləşdirən Əli Mənəfli torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əli ailənin ikinci övladı idi. Mənəflilər ailəsinin ilk qız övladından 9 il sonra Əli doğulub. Anası Simuzər xanım üçün dünyanın ən gözəl hədiyyəsi idi oğlu. Uşaqlıqdan idmanın güləş növü ilə məşğul idi. Dəfələrlə idman yarışlarında birincillik qazanmışdı. Hərbiyə coşqun sevgi ilə bağlı idi. Hərbi xidmətə yola düşəndə sevincinin həddi-hüdudu yox imiş. Ən dərin, ən ülvi hiss olan vətənpərvərliyin, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Əli də belə mühütdə böyümüşdü. Ona görə də qızğın döyüşlər vaxtı telefon danışıqlarında ata-anasının narahatlığını bilib, onlara “Burda döyüşənlər məndən artıq deyil ki. Mən də bu vətənin övladıyam. Əgər şəhid olsam, ağlamayın...” -deyib. Əli də əksər şəhidlərimiz kimi hələ subay idi, toy xonçası tutulmamışdı. Ömrünün ən çiçəklənən çağını Qarabağın yenidən güllü-gülüstana çevrilməsinə bağışladı. Bacısı Məryəm deyir ki, qardaşı ilə bağlı xatirələrlə danışmaq nə qədər çətin olsa da, həm də qürurvericidir. Əli də yaddaşlarda təbəssümü, cəsarəti, vətənsevərliyi qaldı.
Bu gün nəyinki ailəsi, dostları, yaxınları, bütün xalqımız belə mərd, cəsur, aslan ürəkli oğullarımızla fəxr edir. Vətən müharibəsində Qələbənin əldə edilmıəsində misilsiz fədakarlıq nümunələri göstərməklə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçərək hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman oğullarımızın əziz xatirəsi millətimiz tərfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri və müharibə əlilləri dövlətin, eləcə də xalqın diqqət və qayğısı ilə əhatə olunur. Vətən sağ olsun deyib ömrünü canından çox sevdiyi Vətəninə fəda edənlər hər zaman ürəklərdə yaşayacaqdır.
Şəhidlər ölməz, Vətən bölünməz!
Allah rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi