KIVDF qəzetlərin layihələrinə maliyyə ayırdı

img

31-12-2013 [11:26]


30 dekabr 2013-cü ildəAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə iki məsələ daxil edilib:

-2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;

-Cari məsələlər.

İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yəümumilikdə 36 redaksiyadan layihə təklifi təqdim olunub.Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son altı ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanmışdır.

Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir.

Bundan sonra sənədlər ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının üzvləri sənədlərlə tanışlıq zamanı müəyyən etmişlər ki, "Bütöv Azərbaycan” qəzetinin yayımı barədə təqdim etdiyi sənədlər qüsurludur. Qeyd edilmişdir ki, "Bütöv Azərbaycan” qəzetinin rəhbəri ötən müsabiqə zamanı Şuranın iclasına dəvət edilmiş, yayım barədə sənədlərinin müsabiqənin şərtlərinə cavab vermədiyi onun nəzərinə çatdırılmışdır. Buna baxmayaraq, "Bütöv Azərbaycan” qəzetinin rəhbəri bundan nəticə çıxarmamış, sonuncu müsabiqəyə də reallığı əks etdirməyən sənədlər təqdim etmişdir.

Müşahidə Şurasının üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Faiq Qurbanov, İntiqam Hümbətov, Müşfiq Ələsgərli, Rəşad Məcid, Vüqar Əliyev çıxış edərək bildirmişlər ki "Azadlıq” qəzetinin layihə təkliflərinin maliyyələşdirilməsi dəFondun Nizamnaməsinə, həmçinin, Fondun "KİV-lərə maliyyə yardımı müsabiqəsinin QAYDALARI”naziddir."Azadlıq” qəzeti Fond tərəfindən əvvəllər ayrılmış maliyyə yardımlarının icrası zamanı ciddi nöqsanlara yol verib. 11 və 14 oktyabr 2013-cü il tarixlərində "Azadlıq”qəzetinin rəhbərliyinə mövcud nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. Əlavə olaraq, qəzet tez-tez məhkəmə çəkişmələrinə çıxdığından və nəticədə bank hesabına həbslər qoyulduğundan, Fond, bu qəzetə ayırdığı maliyyə vəsaitinin çatdırılmasında problemlərlə qarşılaşıb.

Müzakirələr zamanı qeyd edilib ki, "Azadlıq” qəzeti öz fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nınprinsiplərini də intensiv şəkildə pozub və buna uyğun olaraq, Azərbaycan Mətbuat Şurası tərəfindən qəzetə dəfələrlə xəbərdarlıq edib. Qəzet, Fondun maliyyəsi ilə hazırlayıb yaydığı materiallarda plagiat hallarına da yol verib.

Müşahidə Şurasının üzvləri "Azadlıq” qəzetinin fəaliyyətində Fondun"Maliyyə dəstəyi müqaviləsi”nin 6.3, 6.4, 8.5-ci maddələrinin ciddi şəkildə pozulduğunu müəyyən ediblər.Buna uyğun olaraq,Fondun Nizamnaməsinin 4-cü bəndinin 4.1.9, 4.1.10 maddələri,həmçinin"KİV-lərə maliyyə yardımı müsabiqəsininQaydaları”nın5-ci bəndinin maddələriəsas götürülərək,"Azadlıq” qəzetinin layihə təklifinin növbəti 3 ay ərzində maliyyələşdirilməsindən imtina edilməsi barədə qərar verilibər.

Müşahidə Şurası "Bütöv Azərbaycan” qəzeti rəhbərliyinin xəbərdarlıqları nəzərə almadığına, yenidən yayım barədə reallığı əks etdirməyən sənədləri təqdim etdiyinə görə, Fondun müsabiqə qaydalarının bəndlərini əsas tutaraq, qəzetin iki il müddətinə müsabiqələrə buraxılmaması barədə qərar qəbul etmişdir.

Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir.

2014-cü ilin 1-ci rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir:


Qəzetin Adı

Ayrılan məbləğ

1.

"Kaspi” qəzeti

30 000

2.

"Mövqe” qəzeti

30 000

3.

"Yeni Azərbaycan” qəzeti

30 000

4.

"Ayna-Zerkalo” qəzeti

30 000

5.

"Ədalət” qəzeti

30 000

6.

"525-ci qəzet” qəzeti

30 000

7.

"Səs” qəzeti

30 000

8.

"Bakı-Xəbər” qəzeti

30 000

9.

"Yeni Müsavat” qəzeti

30 000

10.

"Olaylar” qəzeti

30 000

11.

"Ekspress” qəzeti

30 000

12.

"Palitra” qəzeti

30 000

13.

"Paralel” qəzeti

20 000

14.

"Həftə İçi” qəzeti

20 000

15.

"Azad Azərbaycan” qəzeti

20 000

16.

"Şərq” qəzeti

20 000

17.

"Xalq Cəbhəsi” qəzeti

20 000

18.

"Futbol+Qol” qəzeti

20 000

19.

"Bizim Yol” qəzeti

20 000

20.

"Zaman-Azərbaycan” qəzeti

20 000

21

"Novoye Vremya” qəzeti

15 000

22

"Futbol +” qəzeti

15 000

23

"Üç Nöqtə” qəzeti

15 000

24

"Kaspi rus” qəzeti

10 000

25.

"Unikal” qəzeti

10 000

26

"Olimpiya Dünyası”qəzeti

10 000

27

"Azernews” qəzeti

10 000

28

"Oxu Məni” qəzeti

10 000

29

"Reytinq” qəzeti

5 000

30

"Təhsil Problemləri” qəzeti

4 500

31

"The Business Times” qəzeti

4 500

32

"Hərbi And” qəzeti

4 500

33

"Türküstan” qəzeti

4 500

34

"İqtisadiyyat” qəzeti

4 500


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA