Keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi qaydası dəyişib

img

30-12-2013 [19:21]


Nazirlər Kabineti "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2012-ci il 13 avqust tarixli 181 nömrəli qərarına dəyişiklik edib. 

Dəyişikliyə əsasən, indiyə qədər "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin, keçmiş prezidentin ailə üzvlərinə isə aylıq müavinətin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilib.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA