Deputatın MM-dəki çıxşı qalmaqal yaratdı: "Müdafiə naziri, hospitala özün də get, özünü müalicə elətdir” - MN sərt açıqlama yaydı
02-04-2021 [16:45]
“Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get özün al”.
Mia.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bəzi qazilər orduran hələ də təxris edilməyib: “Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”.
Xatırladaq ki, MN-nin hospitalına nazir Zakir Həsənovun bacanağının nəzarət etdiyi deyilir.
***
Müdafiə Nazirliyi Milli Məclisin deputatı Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Mia.az xəbər veirr ki, MN-in yaydığı məlumatda deyilir:
“Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur. Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır.
Bildiririk ki, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır.
Qeyd edək ki, millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə ictimaiyyətə öz razılığını ifadə edib.
Deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında, düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir.
Aqil müəllimin diqqətinə çatdırırıq ki, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb.
Yəqin deputatımız məlumatsızdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq hərbi tibb müəssisələrinə baş çəkir, oradakı şərait və müalicə alan hərbi qulluqçularımızın səhhəti ilə maraqlanır, tibbi təminatın daha da keyfiyyətli həyata keçirilməsi ilə bağlı göstərişlər verir. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir.
O ki qaldı yaralılara əlillik dərəcəsinin verilməsi məsələsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi