«Bu, şər şəbəkələrinin növbəti qərəzli qaralama cəhdidir” - Universitet təkzib yaydı

img

30-12-2013 [15:48]



Mia.az-a Qafqaz Universitetindən son həftələr universitet onun əməkdaşları haqda mətbuatda yazılanlara etiraz bildirən məktub daxil olub. Qafqaz universitetinin İctimaiyyətlə əlaqələr üzrə prorektoru Natiq Paşanın imzası ilə mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

 "Hörmətli mətbuat mənsubları! Məlumat üçün bildiririk ki, son vaxtlar mətbuatda və internet xəbər portallarında Qafqaz Universiteti və əməkdaşlarımız haqqında yalan və həqiqətdən uzaq məlumatlar yayımlanmışdır. Yazılarda Qafqaz Universiteti və onun əməkdaşları ilə əlaqəli ortaya atılan iddiaların heç bir əsası yoxdur, böhtandır və şər şəbəkələrinin növbəti qərəzli qaralama cəhdidir.

 Qafqaz Universiteti nümunəvi tədris mərkəzi olub onun və əməkdaşlarının əsas qayəsi təhsil alanlara peşəkar təhsil xidmətləri göstərməkdir, yazılarda iddia edildiyi kimi, hər hansı bir siyasi təbliğat etmək, düşmənçilik və nifaq toxumları saçmaq deyildir.

 Azərbaycanın elm, təhsil və mədəniyyət həyatında özünəməxsus dəsti xətti ilə seçilən universitet, daima Ulu Öndərin və onun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının siyasi kursunun dəstəkləyicisi olub, "etimada sədaqətlə" prinsipini özünə şüar etmişdir.

 Obyektiv, məsuliyyətli, etik və vicdanlı xəbərçilik prinsipləri ilə bir araya sığmayan, qaralama və dezinformasiya xarakterli kütləvi informasiya vasitələrinin yazılarını mətbuat azadlığı çərçivəsində qəbul etmək mümkün deyildir.

 Bu yalan və böhtan xarakterli xəbərlərin yayılması Qafqaz Universitetinin içtimai etibarını və imicini zədələməkdə olub, 20 illik fəaliyyəti dövründə qayəsi dövlətini və millətini sevən, müasir elmi və texnoloji biliklərə yiyələnmiş mütəxəssislər yetişdirərək Azərbaycanın tərəqqisinə xidmət etmək olan, 4000-ə yaxın tələbəsi, 3500-dən çox məzunu və 400 nəfərə yaxın çalışanı ilə Universitetimizin çox saylı kollektivini və onların ailələrini narahat etməkdə olub, ciddi narazılığa səbəb olmuşdur.

 Ayrıca nəzərinizə çatdırıram ki, auditoriyalarında  universitetin bütün iclas otaqlarında və akt zallarında 24 saat ərzində video-səs yazı və 30 gün yaddaşında saxlama imkanı olan kamera sistemi var. Bu iddiaların yalan olduğunu isbat etmək heç də çətin deyil.

 Universitet rəhbərliyi olaraq bütün jurnalistlərin universitetimizdə istədikləri şəkildə araşdırma aparmasını, tələbələrlə anket-sorğu keçirməsinə şərait yaratma istəyimizi də bəyan edərək, dəyərli mətbuat nümayəndələrini obyektiv, məsuliyyətli, etik və vicdanlı xəbərçilik prinsiplərinə dəvət edirik”.

/span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA