VANDALİZM ÜZƏRİNDƏ QƏLƏBƏ... - Soyqırımla bağlı tədbir keçirilib (FOTOLAR)
01-04-2021 [18:28]
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr etdiyimiz tədbirdə iştirakçılar soyqırımı günü ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları:
1. Əliyeva Leyli Məhərrəm qızı (İmişli şəhər 7 saylı tam orta məktəbin biologiya müəllimi).
2. Əzizova Aynurə (Bakı şəhəri Xətai rayonu 17 saylı məktəbin riyaziyyat və informatika müəllimi).
3. Dadaşova Razıgül Museyyib qızı (Salyan Peşə Liseyinin direktoru).
4. Qasımova Şükufə Məmmədqızı (Abşeron rayonu Ə.Vahid adına Masazır 1 saylı tam orta məktəbin musiqi müəllimi).
5. Şükürova Nigar Musa qızı (Bərdə şəhəri Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin biologiya müəllimi).
6. Süleymanova İradə Süleyman qızı (Füzuli rayonu 5 nömrəli məktəbin biologiya müəllimi).
7. Sevindik Nəsiboğlu - 4 kitab muəllifi: “Dünyamsan, Azərbaycan”, “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və “Könüllərə yol gəzirəm”. Sevindik Nəsiboğlu həmçinin, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ictimai müxbiri, 70-dən çox publisistik məqalələrin müəllifidir.
8. Qurbanova Səfurə (Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin məzunu).
9. Miramin Sariyev (“Cambridge High School”un 2-ci sinif şagirdi).
10. Vəlizadə Nihad (İmişli şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi).
Tədbir istirakcıları öz çıxış və təqdimatlarını müxtəlif dillərdə etdilər. Məqsəd isə Azərbaycanda törədilən soyqırımın bütün dünyaya çatdırılması idi. Çıxışımda bildirdim ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyəsində qeyd edilir. Daha sonra, tədbir iştirakçısı Aynurə Əzizova “Power Point” ilə rus dilində təqdimat edərək tarixin ən erkən dövrlərini əhatəli şəkildə tədbir iştirakçılarına əyani şəkildə göstərdi. Onun təqdimatının davamı olaraq Razıgül Dadaşova həm rus, həm də Azərbaycan dilində çıxış edərək erməni vandalizmindən danışdı. O, cıxışında 30 il işğal altında qalmış torpaqlarda törədilən erməni vəhşiliklərindən danışdı.
Tədbir iştirakçılarından Nihad Vəlizadə ermənilərin törətdiyi vəhşiliklər haqqında ingilis dilində çıxış etdi.
Tədbiri Süküfə Qasımova “Amin “mahnısını ifa etməklə davam etdirdi. O, musiqinin muharibə dövründə qalibiyyətə yol açmasından danışaraq özünün I Qarabağ müharibəsi zamanı səngərdəki çıxışlarından danışdı.
Daha sonra çıxışı İradə Süleymanova (hal-hazırda təqaüddə) davam etdirdi. O, Füzuli işğal olunarkən yaşadığı anları dilə gətirərək, keçirdiyi qaçqınlıq həyatının çətinliyindən danışdı. Amma bu çətinliyə baxmayaraq, İradə xanım Vətənə layiqli övlad böyüdərək, harda olmağından asılı olmayaraq həmişə Vətənin keşiyini çəkməyi bacaran bir oğul yetişdirdi. Oğlu Aslanov Anar Rasim oğlu Ankara şəhəri “Gülhane Eğitim ve Araştırma Hastanesi”ndə Ümumi Cərrahiyə şöbəsində həkim kimi çalışır. Bu qədər uzaqda olmasına baxmayaraq, Vətənin çətin anlarında bir qrup həkim heyyəti ilə cəbhə bölgəsində mübarizəyə qatıldılar.
Tədbirin gedişatında çıxış üçün söz Nigar Şükürovaya verildi. O, çıxışını həm ingilis, həm də azərbaycan dilində edərək tədbir iştirakçılarına mövzu ilə bağlı slaydlar nümayiş etdirdi. Bərdə və Gəncədə törədilən erməni vandalizmini nümayiş etdirərək həqiqətləri bizlərə çatdırdı. Tədbirdə Sevindik Nəsiboğlu öz məqaləsini təqdim etməklə bərabər, həm də soyqırımı gününə həsr etdiyi şeirini bizlər üçün səsləndirdi. Daha sonra, tədbiri İordaniyadan tədbirimizə qatılan Miramin Sarıyevlə davam etdirdik. O, Malayziyada anadan olub. Miramin hal-hazırda İordaniyada yaşadığını bildirərək təhsil aldığı məktəbdə Azərbaycan haqqında çıxışlarının olduğunu bildirdi.
Cıxış üçün söz Mədinə Aslanlıya verildi. Mədinə atasının cəbhə bölgəsində həkim kimi çalışdığı müddətdə qardaşı Muhsinlə keçirdiyi həyacan hisslərindən danışdı. Mədinə atası cəbhə bölgəsində olduğu müddətdə onun üçün yazdığı şeiri bizlər üçün də səsləndirdi. Sonra çıxış üçün sözü digər gəncimiz - Qurbanova Səfurə xanıma verdik. Səfurə xanım çıxışını almanca edərək, vandalizmin tariximizdə hansı izləri buraxdığından bəhs etdi.
Tədbirə Şükufə xanımın “Azərbaycanım” mahnısını ifa etməsilə yekun vuruldu.
Leyli Əliyeva,
İmişli şəhər 7 saylı tam orta məktəbin biologiya müəllimi

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi