30-12-2013 [11:22]
Komada ola-ola jurnalist xəstəxanadan çıxarılır Ana səhifə Artıq iki aydır ki, maşın vurması nəticəsində başından aldığı ciddi xəsarətlər nəticəsində komada olan "Avropa.info"nun əməkdaşı jurnalist Sahib İslamov Musa Nağıyev adına xəstəxandan çıxarılır. Bu haqda Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib.
Onun dediyinə görə, jurnalistin həkimi Fikrət Vəliyev onun bu vəziyyətdən çıxması üçün əlindən heç bir iş gəlmədiyini etiraf edib: "Həkim deyir ki, artıq iki aydır müalicə təyin etsəm də, xəstənin halında ciddi irəlləyiş yoxdur. Məni çağırdı və bildirdi ki, bir həftə vaxtınız var, aparın, başqa yerdə müalicə alsın. Həm də deyir ki, belə xəstələrin nə vaxt komadan çıxacağı bəlli deyil. Həkim bildirir ki, Sahib bu vəziyyətdən 6 aya da ayıla bilər, illərlə də belə qala bilər. Çox ağır durumdayıq, xahiş edirəm, əlaqədar qurumlar bizə kömək etsinlər. Gəlib ona baş çəkən jurnalist dostları vəziyyətini görüblər. Vallah, bilmirəm nə edim. İmkanımız olsaydı, heç mətbuata da çıxmazdıq, qardaşımızı özümüz aparardıq xaricə. Amma mən "Meyvəli Bazar"da fəhlə işləməklə bunu edə bilmərəm axı".
Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb. Dərhal da qəza törədən avtomobil sürücüsü jurnalisti Musa Nağıyev adına xəstəxanaya çatdırıb. Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib ("Avropa.info").
***
Bir qrup jurnalist president İlham Əliyevə müraciət edib. Onlar avtomobil qəzasına düşən, koma vəziyyətində olmasına baxmayaraq, xəstəxanadan çıxarılıb aparılması tələb edilən jurnalist Sahib İslamovun müalicəsinə yardım göstərilməsi üçün ölkə başçısından kömək istəyiblər.
Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Avropa.info saytının əməkdaşı, jurnalist həmkarımız Sahib İslamov 1 noyabr 2013-cü il tarixində səhər evdən çıxıb işə gedərkən avtomobil qəzasına düşüb. Jurnalist yolun kənarında – dayanacaqda avtobus gözləyərkən idarəetməni itirən bir maşın onu vurub. Sahib İslamov qəzaya düşdüyü gündən indiyədək koma vəziyyətindədir. İki aydır bu ağır durumda olan Sahib İslamovu müalicə olunduğu Musa Nağıyev adına Xəstəxanadan çıxarmaq istəyirlər. Bu durumda onun xəstəxanadan çıxarılması həmkarımızın ölümü ilə nəticələnə bilər.
Cənab Prezident! Sağlam jurnalist fəaliyyəti ilə məşğul olan, kasıb durumda yaşayan Sahib İslamovun bir azyaşlı övladı var. Onun yaşaması, sağalması imkanları tükənməyib, həkimlərin deməsinə görə, jurnalistin müalicəsi, həyata dönməsi mümkündür. Bu işin həyata keçirilməsi üçün Sizdən dəstək istəyirik.
Biz jurnalistlərin dostu olaraq sizə güvənirik, Sahib İslamovun sağalması üçün gərəkən işlərin görülməsi, bir ailənin başsız qalmaması üçün göstəriş verməyinizi rica edirik.
Öncədən təşəkkür edirik”.
Müraciət hazırda jurnalistlər tərəfindən imzalanır, imzalanma prosesi başa çatdıqdan sonra müvafiq qaydada prezidentə təqdim ediləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi