Daha bir gənc qandallandı

img

29-12-2013 [16:21]


Qarabağ qazısı Zaur Həsənovun dəfnindən sonra fəal gənclərdən biri saxlanıb. Bu barədə müsavat.com-un müxbiri Cavanşir Abbas məlumat verib. O deyib ki, saxlanan gənc Samir Poladovdur, vaxtı ilə YAP sıralarından istefa verərək, Müsavat Partiyasına keçib. Daha sonra onu Müsavat Partiyasından da qovublar. 

Musavat.com müxbiri deyib ki, Samir dəfn zamanı şüarlar səsləndirirdi, dəfn başa çatandan sonra isə hər kəsi mitinqə çağırdı. Dəfnə yığışanlar dağıan zaman mülki geyimli bir neçə şəxs onu tutaraq, maşına basaraq, naməlum istiqamətə aparıblar. 

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA