Rəhim Rəhimli : "Oturub maşında onu güdürdüm"

img

01-04-2021 [13:07]


"Verilişimin ilk buraxılışı idi. Demişdim, Aygün Kazımovanı gətirəcəm. Televiziya rəhbəri dedi ki, bacarmayacaqsan".

Bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Özəl" proqramında deyib. O, aparıcılıq etdiyi ərəfədə Xalq artisti Aygün Kazımova ilə başına gələn hadisədən danışıb:

"Çünki o vaxt münasibətimiz yox idi. Dedim ki, gedib düşəcəm arxasınca, onu güdəcəm. Hara getsə, 11-in yarısı çıxar. Oturub maşında onu güdüb, gözləyirəm. Gördüm, 11-ə qalıb 8 dəqiqə, o çıxmır. Proqram da 11-də başlayır. Gördüm çıxdılar komandası ilə birlikdə. Üzü televiziyaya doğru gedirlər. Tez maşınla keçdim, onlardan əvvəl kanala çatdım ki, gəlirlər hazırlaşın. Bu, Aygün Kazımovanın kanala ilk gəlişi idi. Söz verdiyi kimi gəldi"/Axsama.z.


Digər xəbərlər
SON XƏBƏRLƏR