ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir
01-04-2021 [12:54]
ADA Universitetində onun Karyera Mərkəzi tərəfindən Karyera Hazırlığı Həftəsi keçirilir. Bu gündən etibarən başlayan Karyera Hazırlığı Həftəsi aprelin 10-dək davam edəcək.
ADA-dan Mia.az-a veirlən məlumata görə, tədbir çərçivəsində maliyyə, bankçılıq, istehlak, informasiya və telekommunikasiya, audit və konsaltinq sahələrində fəaliyyət göstərən 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun yüksək ixtisaslı peşəkarları onlayn təlim və seminarlar keçəcəklər.
ADA tələbələrinin iş mühitinə asanlıqla keçidini təmin edən bu Peşəkar Hazırlıq kursu PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilir.
Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında "ATL Tech", Azərbaycan Beynəlxalq Bankı, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi, "Caspian Innovation Center", “Deloitte & Touche”, “DOST” Agentliyi, "EKVITA", Elektron Hökumətin İnkişafı Mərkəzi, “Ernst & Young”, "Eurodesign", Kapital Bank, PAŞA Bank, "Unilever" və "Yelo" Bankı qeyd etmək olar.
Peşə fəaliyyətinə başlamağa hazır gəncləri bir araya gətirən Karyera Proqramında ADA Universitetinin 250-dən çox ikinci, üçüncü və dördüncü kurs bakalavr tələbəsi iştirak edir. Lakin həmin tələbələr akademik göstəricilərinə, gələcək karyera hədəfləri və maraq dairələrinə, eləcə də ünsiyyət bacarıqlarına müvafiq olaraq 18 nəfərlik fərqli qruplara bölünüblər. Həmin qrupların təsnifatına uyğun olaraq Karyera Həftəsində təmsil edilən müvafiq şirkətlərin rəsmi nümayəndələri təlimlər keçəcək, onları təmsil etdikləri sektor üzrə yeni trendlər, karyera fürsətləri, eləcə də əmək bazarının dəyişkən tələbləri barədə məlumatlandıracaq. Məqsəd tələbələrin peşəkar iş mühitinə keçidini dəstəkləmək, onları zəruri bilik və bacarıqlarla təmin etmək, tələbələri gələcək peşəkarlar kimi yetişdirməkdir.10 günlük təlimlərin sonunda qruplar üzrə ən uğurlu 3 nəfər tələbə seçilərək mükafatlandırılacaq.
Karyera Hazırlığı Həftəsi çərçivəsində keçiriləcək sonuncu tədbir Virtual Karyera Sərgisidir. 15-16 aprel tarixlərində keçiriləcək Sərgidə 50-dən çox yerli və beynəlxalq statuslu şirkət ADA-nın 1500-ə yaxın tələbə və məzununa müxtəlif karyera fürsətləri təqdim edəcək.
Qeyd edək ki, ADA Universiteti nəzdində 2009-cu ildən fəaliyyət göstərən Karyera Mərkəzi, ADA tələbələrinin öz karyera istiqamətlərini müəyyənləşdirməsində və
planlaşdırmasında, onların rəqabətədavamlı kadrlar kimi yetişməsində xüsusi rol oynayır. Hər il mütəmadi olaraq keçirilən Karyera Sərgiləri vasitəsilə Karyera Mərkəzi işəgötürənlə tələbələr arasında körpü rolunu oynayır. Bunun nəticəsidir ki, ADA Universitetinin məzunlarının məşğulluq səviyyəsi 90 faizdən yuxarıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi