QURUDA RUSİYA, HAVADA NATO ÜSTÜNDÜR – “NATO aviasiyası bir neçə günə Rusiya ordusunun böyük hissəsini dağıda bilər”
01-04-2021 [11:45]
Rusiya Baltik dənizi rayonundakı quru ərazisində öz hərbi üstünlüyünü əvvəlkitək saxlayır. Amma bəzi məsələlərdə Qərb ölkələri irəlidədir, həm də qüvvələr nisbəti baxımından Rusiyanın üstünlüyü ildən-ilə azalır.
2016-cı ildə “RAND Corporation” (RAND- Research and Development) strateji araşdırma mərkəzinin hazırladığı məruzə siyasi və hərbi ekspertlərin diqqətini cəlb etmişdi. Bu məruzədə qeyd olunan modelləşdirilmiş müharibənin gedişinə əsasən, Rusiya qoşunları hücum edərək, Baltik ölkələrinin silahlı birləşmələrini bir neçə gün ərzində darmadağın edirdi. Qərbin orada yerləşdirilmiş azsaylı gücləri isə bunun qarşılığında heç nə edə bilmirdi.
Hazırda sözügedən müharibənin yeni ssenarisi irəli sürülür. İsveçin “Müdafiə Təhqiqatları İnstitutu”nun (FOI-Forskningsinstitut) tərtib etdiyi məruzədə məhz həmin yeni modelləşdirmədən bəhs edilir. Oradakı simulyasiya göstərir ki, sözügedən ərazidə qarşıdurma baş verəcəyi halda Rusiya və NATO-nun qüvvələr nisbəti demək olar ki, bərabər olacaq.
Təhqiqatın müəlliflərindən biri olan Krister Pallin deyib: “Əgər Pribaltikadakı əməliyyata baxsaq, onda rusların öncə quruda daha üstün olacağını görərək. Onlar bu üstünlükdən “RAND”-ın nəzərdə tutduğu modeldəki kimi kifayət qədər sürətlə istifadə etməyi bacarsalar, əlbəttə ki, nəticə “RAND” analitiklərinin dediyi kimi olacaq. Amma Baltik dənizi rayonundakı silahlı güclərin möhkəmləndiriməsinə diqqətlə yanaşılsa, lazımi silah-sursatın əvvəldən hazırlanması və dəstək əməliyyatı üzərində hərtərəfli çalışılsa, alyanısın şansı əhəmiyyətli dərəcədə yüksələcək”.
Yüksək döyüş hazırlığı
Ümumiyyətlə, NATO-nun bütövlükdə hərbi resursu Rusiyanın hərbi imkanlarını radikal şəkildə üstələyir. Təkcə ABŞ müdafiəyə Rusiyadan yeddi dəfə, NATO-nun qalan üzvləri (Amerikasız) isə üç dəfə artıq pul xərcləyirlər. Amma Şərqi Avropanı götürüb ümumi alyansdan təcrid etsək, sözsüz ki, bu zaman Rusiya üstünlük qazanmış olacaq.
“Müdafiə Təhqiqatları İnstitutu”nun hesablamalarına görə, Rusiya bir həftə ərzində Şimali Avropaya 51-dən 68-ə kimi mexanikləşdirilmiş batalyon yollaya biləcəyi halda, NATO cəmi 29-dan 43-ə qədər bu cür batalyonlar cəlb edə bilər. Rusiyanın aşağıdakı digər üstünlükləri də var:
- Ağır və yüksək atəş qabiliyyətinə malik silahlarla təchiz olunmuş böyük quru qüvvələri.
- Çoxsaylı artilleriya, Hava Hücumundan Müdafiə sistemləri və radioelektron mübarizə vasitələri.
- Rusların qüvvələri sərhədlərinə yaxın yerləşdiyindən onların arxadan dəstək almaları asandır.
Dəyərləndirmələrə görə, Rusiya ilə müqayisədə alyansın yüksək intensivli münaqişə üçün yaxşı hazırlıq görmüş və tam təchiz olunmuş hərbi birləşmələrinin sayı azdır. Eyni zamanda, onların işi pis koordinasiya edilib, çünki bu qüvvələr müxtəlif ölkələrdə yerləşirlər və ayrı-ayrı komandanlıqlara tabedirlər.
Amma NATO-nun əlində güclü kart var. Alyans dənizdə və havada üstünlüyə malikdir. Yerüstü qüvvələrdən fərqli olaraq, təyyarələr bir neçə ölkədən eyni anda sürətlə havaya qalxa bilərlər. Qərbin ümumi atəş gücünün 80%-ə qədəri Hərbi Hava Qüvvələrinin payına düşür. “Müdafiə Təhqiqatları İnstitutu” qeyd edir ki, NATO-nun hücum aviasiyası bir neçə gün ərzində Ural dağlarının qərbinə qədər olan Rusiya ordusunun böyük hissəsini dağıda bilər.
Amma unutmayaq ki, Rusiyanın arsenalında xeyli sayda Hava Hücumundan Müdafiə kompleksləri var. Ona görə də NATO-nun havada tam üstünlük əldə etməsi üçün öncə bu sistemlər məhv edilməldir.
Həddindən artıq şişirtməyə dəyməz...
“Müdafiə Təhqiqatları İnstitutu”nun məruzəsində deyilir: “Əlbəttə ki, Rusiya tərəfdən gələ biləcək hərbi təhlükə ciddidir, lakin onu həddindən artıq şişirtməyə dəyməz. Ən böyük problem Rusiyanın alyans üzvlərinin bəzilərinə yaxın məsafədə yerləşməsidir. Rusiya silahlı qüvvələrinin döyüş hazırlığı yüksəkdir və bu ölkə təcavüzə meyllidir. Ancaq onun üzunmüddətli müharibə aparmaq imkanı məhddudur”.
Bəlkə də ən təhlükəli dövr indi və yaxın iki-üç ildir. Sonra Qərb tərəfindən planlaşdırılan yenidən silahlanma effekti özünü büruzə verəcək.
Krister Pallin bildirib: “Əlbəttə, NATO əvvəlkitək ABŞ-dan asılıdır. Avropanın Polşa, Böyük Britaniya və Almaniya kimi iri dövlətlərinin kifayət qədər böyük silahlı gücləri var, amma onlar pis vəziyyətdədirlər. Vəziyyətin düzəldilməsilə bağlı indiki planların əksəriyyəti yalnız on ildən sonra reallaşacaq. 2033-cü ildə yekunlaşması nəzərdə tutlan planın isə həmin vaxt artıq əhəmiyyəti qalmayacaq”.
“Aftonbladet” – İsveç
Tərcümə: “AzPolitika.info”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi