Avtobus sürücüləri tətil etdi

img

29-12-2013 [15:00]


"208” və "209” nömrəli marşurut sürücüləri bu gün işə çıxmaqdan imtina ediblər. Bakıxanov stansiyası yaxınlarında yaşayan "Axar.az” oxucusunun verdiyi məlumata görə, aylıq plan haqqının qaldırılmasına etiraz olaraq, marşurut sürücüləri bu günü işə çıxmaqdan imtina edərək, tətil elan ediblər. Xatırladaq ki, bu gün rəsmi iş günüdür. Nəzərə alsaq ki, 208 və 209 nömrəli avtobuslar fəaliyyət göstərdikləri xətt üzrə ən çox təlabat olan marşurutlardır, bu səbəbdən, dayanacaqlarda yaşanan vəziyyəti təsəvvür etmək çətin deyil. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA