DÇ-2022: İspaniya, Fransa və İtaliya yığmaları qələbə qazanıb, Almaniya evdə uduzub
01-04-2021 [00:46]
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulacaq.
Məlumata görə, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçirilib.
B qrupunda İspaniya millisi Kosovonu 3:1 hesabı ilə məğlub edib. Yunanıstan isə Gürcüstanla qarşılaşmada qələbəni əldən verib. C qrupunda İtaliya Litvaya minimal hesabla qalib gəlib. Şimali İrlandiya - Bolqarıstan görüşündə qapılara qol vurulmayıb.
Son dünya çempionu Fransa səfərdə Bosniya və Herseqovina üzərində çətin qələbə qazanıb. D qrupunun digər matçında Ukrayna və Qazaxıstan seçmələri sülhə razılaşıblar.
F qrupunda lider Danimarka səfərdə Avstriyanın qapısından 4 cavabsız top keçirib. Şotlandiya Farer adalarını, İsrail isə Moldovanı darmadağın edib.
I qrupunda İngiltərə və Polşa milliləri arasındakı görüş daha çox diqqət mərkəzində olub. Lakin bu qarşılaşmada dünyanın ən yaxşı futbolçusu Robert Levandovski zədə səbəbindən qonaq komandaya kömək edə bilməyib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Xalsız yığmalardan Andorra evdə Macarıstana, San Marino isə Albaniyaya uduzub.
J qrupunda lider Almaniya evdə Şimali Makedoniya ilə bacarmayıb. Autsayderlərdən Lixtenşteyn isə İslandiyaya məğlub olub.
DÇ-2022, seçmə mərhələ
III tur
31 mart
B qrupu
22:45. Yunanıstan - Gürcüstan - 1:1
22:45. İspaniya - Kosovo - 3:1
Xal durumu: İspaniya - 7, İsveç - 6, Yunanıstan - 2 (2), Gürcüstan - 1, Kosovo - 0 (1)
C qrupu
22:45. Litva - İtaliya - 0:1
22:45. Şimali İrlandiya - Bolqarıstan - 0:0
Xal durumu: İtaliya - 9, İsveçrə - 6 (2), Litva - 0 (2), Şimali İrlandiya - 1 (2), Bolqarıstan - 1
D qrupu
22:45. Bosniya və Herseqovina - Fransa - 0:1
22:45. Ukrayna - Qazaxıstan - 1:1
Xal durumu: Fransa - 7, Finlandiya - 2, Ukrayna - 3, Bosniya və Herseqovina - 1 (1), Qazaxıstan - 1 (1)
F qrupu
22:45. Şotlandiya - Farer adaları - 4:0
22:45. Avstriya - Danimarka - 0:4
22:45. Moldova - İsrail - 1:4
Xal durumu: Danimarka - 9, Şotlandiya - 5, Avstriya - 4, İsrail - 4, Farer adaları - 1, Moldova - 1.
I qrupu
22:45. San Marino - Albaniya - 0:2
22:45. Andorra - Macarıstan - 0:4
22:45. İngiltərə - Polşa - 2:1
Xal durumu: İngiltərə - 9, Macarıstan - 7, Albaniya - 6, Polşa - 4, Andorra - 0, San Marino - 0
J qrupu
20:00. Ermənistan - Rumıniya - 3:2
22:45. Lixtenşteyn - İslandiya - 1:3
22:45. Almaniya - Şimali Makedoniya - 1:2
Xal durumu: Ermənistan - 9, Almaniya - 6, Şimali Makedoniya - 6, Rumıniya - 3, Lixtenşteyn - 0, İslandiya - 0.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi