Təhsil naziri Mikayıl Cabbarov əmr verdi

img

29-12-2013 [15:58]


Təhsil naziri "Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi barədə” əmr imzalayıb.

MIA nazirliyin saytına istinadən xəbər verir ki, əmr dərslik müəlliflərinin hüquqlarının qorunmasını və müasir tələblərə cavab verən dərsliklərin hazırlanması üçün onların yaradıcılığa həvəsləndirilməsini, eyni zamanda dərslik yazılması fəaliyyətinin təşviqini təmin etmək məqsədlərinə xidmət edir.

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun və "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin müvafiq müddəalarına uyğun olaraq, əmrdə dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsinin təmin edilməsi nəzərdə tutulub. Həmçinin, müvafiq gəlirin digər hissəsinin dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA