Polis “Fəvvarələr meydanı”nında həbslərə başladı- (Fotolar-Yenilənib)

img

29-12-2013 [15:56]


Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq Bakıda keçiriləcək qanunsuz aksiya ilə əlaqədar polis qüvvələri "Fəvvarələr Meydanı”nı nəzarətə götürüb. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə,çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var. Meydana təzyiqli su vuran maşınlar da gətirilib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq.

Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə əlaqədar sosial şəbəkələrdə bu gün saat 16:00-a razılaşdırılmamış aksiya təyin edilib.

***
"Fəvvarələr meydanı"na daha dörd maşın polis əməkdaşı gətirilib. Artıq saxlanılanlar var. Onların sırasında üz gənc fəal - Orxan Eyyubzadə, Rüfət Hacıbəyli və Tural Sadıqlı da yer alır. Saxlanılanların hara aparıldıqları hələ məlum deyil. "Fəvvarələr meydanı"nda yüzlərlə mülki geyimli polis əməkdaşının olduğu bildirilir.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA