"İcra başçıları özlərini milyarder kimi görür..." - "Parlamentin 60 faizi biznesmendir"
31-03-2021 [14:55]
Bakının sabiq meri Hacıbala Abutalıbov mediaya müsahibəsində övladlarının biznesindən söz açıb.
O deyib ki, oğlanları müstəqil şəxslərdir və hər kəs kimi özlərinə iş qurmaq, pul qazanmaq imkanına sahibdirlər.
Bu baxımdan məmurların biznesi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır ki, Azərbaycanda hələ də bu cür tendensiya var - Ən uğurlu biznes sahələri ancaq ya birbaşa, ya da dolayı yolla məmurlara bağlıdır, yaxud bütün biznesmenlər siyasi hakimiyyətlə əlaqəlidirlər.
Mia.az-ın məlumatına görə, bununla bağlı politoloq Cümşüd Nuriyev Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda biznesin oliqarxların əlində olması çox yüksək səviyyədə inhisarçılıq yaradıb:
"Ölkədə kölgə iqtisadiyyatının səbəbkarları da onlardır. Bu, yolverilməz bir haldır. Harada görünüb ki, məmurlar və deputatlar bizneslə məşğul olsun? Parlamentin 60 faizi biznesmendir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Biz bazar iqtisadiyyatına keçid dövrü yaşayan dövlətik. Bazar iqtisadiyyatı oliqarxların bazarı deyil. Azərbaycanda ona görə biznes formalaşa bilmir, biznesmen yoxdur.
Biznesmen gərək öz ağlı, intellekti, qabilliyyəti ilə gündəmə gəlsin. Bizdə ancaq "al – ver”dir. Bu, biznes deyil. Ölkəmizdə normal ticarət belə mövcud deyil. Nəticə olaraq, nə daxili bazarının rəqabətliliyi təmin olunur, nə də iqtisadi cəhətdən ölkənin stimullaşdırıcı funksiyası yerinə yetirilir. Bilirsiniz, iqtisadiyyatın öz qanunları var. Bütün dünya bunu qəbul edib. Amma Azərbaycanda bu iqtisadi qanunların işləməsinə məhz oliqarxlar maneçilik törədir”.
Politoloqun sözlərinə görə, eyni zamanda ölkədə çox güclü diskriminasiya var: "Yəni, insanların doğulduğu yerə görə vəzifələrə təyinatı halları kütləviləşib. Açığı, Azərbaycan vətəndaşı kimi dövlət başçısına heyranam ki, bu qədər dağıdıcı, xəyanət edən komanda ilə 44 gün ərzində Qarabağ ərazilərini işğaldan azad edə bilib. Heç bir lider bunu bacara bilməzdi. Sanki vəzifədə olanların yarıdan çoxu yırtıcı mövqedədirlər. Onlar dövlət əmlakını dağıtmaq üçün hər şeyə gedirlər.
Artıq milyonlar yox, milyardlardan söhbət gedir. Baxırsan, nazirlər, məmurlar milyonla yeməyi özlərinə abırsızlıq hesab edirlər ki, "Necə olur, məni işdən çıxarırlar, həbs edirlər, amma adım milyoner gedir. Gərək milyarder kimi təqdim olunardım”. Artıq bu istiqamətdə psixologiyamız pis gündədir. İcra başçıları özlərini milyarder kimi düşünürlər. Biz hara gedirik? Özümüz özümüzü məhvə aparırıq, amma görmək istəmirik. Millət kimi bir-birimizi qırmaqla heç bir qazanc əldə edə bilmərik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi