Rusiyanın Azərbaycandakı səfiri: “Regiondakı geosiyasi vəziyyət ciddi şəkildə dəyişib və..."
31-03-2021 [13:15]
Həştərxanda azərbaycanlı politoloq, publisist, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadənin regionun inkişaf perspektivlərinin müzakirə olunduğu açıq onlayn mühazirəsi baş tutub.
Onlayn mühazirə çərçivəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da çıxış edib və Xəzəryanı ölkələrin sıx əməkdaşlığının vacibliyini vurğulayıb.
“Regiondakı geosiyasi vəziyyət ciddi şəkildə dəyişib və dəyişməyə davam edir: ticarət-iqtisadi əməkdaşlıqda və yeni nəqliyyat kommunikasiyalarının inkişafında yeni perspektivlər meydana çıxıb. Bildiyiniz kimi, bu il İkinci Xəzər İqtisadi Forumu və Xəzəryanı ölkələrin liderlərinin altıncı sammiti keçiriləcək. Müxtəlif sənədlər imzalanmaq üçün hazırlanır. Bu baxımdan, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın, eyni zamanda, ona aid imzalanmış bütün sazişlər və protokollar toplusunun icrası mühüm rol oynayır. Onların həyata keçirilməsi bütün Xəzər regionunun inkişafına, rifah, sabitlik və firavanlıq zonasına çevrilməsinə böyük töhfə olacaq.
Bugünkü kimi mütəxəssis müzakirələri və yekunda verilən tövsiyələr də bu prosesə az töhfə vermir. Onlar mütləq ölkələrimizin Xəzər gündəminin təyin edilməsində peşəkar cəmiyyət və ixtisaslaşmış dövlət qurumları tərəfindən nəzərə alınacaq”, - diplomat vurğulayıb.
Öz növbəsində politoloq İlqar Vəlizadə rusiyalı tələbələrə Xəzər regionunun tarixi və mövcud geosiyasi vəziyyəti barədə danışıb. O cümlədən Xəzər dənizinin statusu, Xəzər Konvensiyasının imzalanmasından sonra onun bölünməsi (Xəzər beşliyi ölkələri arasında karbohidrogen yataqlarının paylanması da daxil olmaqla) haqqında söhbət gedib. Ekspert həmçinin regional təhlükəsizlik və hərbiləşmə məsələlərinə də toxunub. Mühazirənin son hissəsi Xəzər regionunun unikal ekoloji mühitinə həsr olunub.
“Ölkələrimiz bu gün nadir hallarda rast gəlinən yüksək səviyyədə danışıq qabiliyyətinə sahibdir. Biz Xəzər dənizinin sahibiyik və münasibətlərdə qızıl ortanı tapmağı bacardıq”, - o, bildirib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi