İki ayın əsgəri dünyasını dəyişib

img

29-12-2013 [12:23]


Daxili Qoşunların əsgəri dünyasını dəyişib. Hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. 

Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov hərbi hissənin ərazisində təmizlik işləri apararkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib. Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib. Daxili Qoşunların mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA