29-12-2013 [00:21]
"Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin ofisində "Dünya azərbaycanlılarının həmrəyliyi: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanın qonaqları AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Əkrəm Rəhimli, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin "Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri Elşad Miraləm və ASAİF-in Baş katibi Nəcibə Mustafayeva iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı qonaqları salamlayaraq qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik gününü təbrik edərək tədbir iştirakçılarına uğurlar arzu etmişdir. Sonra qonaqlar mövzularını məruzə etmişlər.
1.AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Əkrəm Rəhimli "Güney Azərbaycanda "21 Azər” hərəkatı" mövzusunda məruzə ilə çıxış edərək 1945-ci ildə Cənubi Azərbaycanda S. C. Pişəvərinin rəhbərliyi ilə qurulan Milli hökumətin fəaliyyəti ilə əlaqədar məlumatlar vermişdir. Cənubi Azərbaycanın iki əsr boyunca yaşadığı olaylar nəticəsində düşdüyü sosial-iqtisadi və siyasi durumu üzərində dayanaraq, İran adlanan ölkədə sayı 35 milyon olan Azərbaycan türklərinin öncə şah, sonra da dini pərdə altında hakimiyyətə gələn şovinist fars rejimi tərəfindən milli və insani haqlarının əllərindən alınması, ana dilində təhsilə qadağa qoyulması, yer adlarının farslaşdırılması kimi gerçəkliklər də qeyd olunmuşdur. Ə. Rəhimli çıxışının sonunda Cənubi Azərbaycanda milli azadlıq hərəkatının bütün dünya azərbaycanlılarının tarixində böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
2. Elşad Miraləm "Azərbaycan Diasporunun müasir vəziyyəti və həyata keçirilən işlər" mövzusunda məlumat verərək xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma prosesindən söz açaraq, bu prosesin əsasən 1990-cı illərə yəni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərə təsadüf etdiyini bildirmişdir. Məhz bu dövrdən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar təşkilatlanmağa başladığını və bu günə qədər də təşkilatlanma prosesinin davam etdiyini qeyd etmişdir. Hazırda dünyanın bir çox ölkələrində 370-dən artıq Azərbaycan diaspora təşkilatı fəaliyyət göstərdiyini deyərək E. Miraləm məruzəsinin sonunda qeyd etmişdir ki, Azərbaycanın diaspora təşkilatları dövlətimizin xarici siyasətinin uğurlu həyata keçirilməsində böyük rola malikdir.
3. ASAİF-in Baş katibi Nəcibə Mustafayeva "ASAİF təşkilatının diaspora fəaliyyətləri” mövzusunda çıxış edərək vurğulamışdır ki, dünyanın dörd bir yanında ölkəmizin tanıdılması üçün keçirilən tədbirləri, diaspora və lobbiçilik fəaliyyətini hər zaman dəstəkləyən ASAİF, həmin tədbirlərin keyfiyyət və məhsuldarlığının artırılması üçün bu gün dünyanın 40 ölkəsində nümayəndələr vasitəsi ilə təmsil olunmaqdadır. Dünyanın siyası paytaxtlarında qlobal beynəlxalq forumlar təşkil edən ASAİF böyük bir beyin sərvəti olan azərbaycanlı gəncləri öz çətiri altında birləşdirmə məqsədi daşıyır. ASAİF hər hansı bir ixtisas və ya dar maraqlar çərçivəsinə xidmət edən təşkilat deyil, bütün gənclərin maraqlarını öz maraqları kimi qəbul edən, onlara bu sahədə dəstək göstərən, dövlət strukturları ilə gənclər arasında körpü rolunu məharətlə yerinə yetirən peşəkar bir təşkilatdır. ASAİF hər bir gəncin dilində danışa bilən və hər bir gənc azərbaycanlının özünü tapa biləcəyi bir təşkilatdır. Bu gün ASAİF sıralarında gənc həkimlər, politoloqlar, iqtisadçılar, psixoloqlar, hüquqşünaslar, genetiklər, mühəndislər, riyaziyyatçılar, bioloqlar, jurnalistlər və bir çox digər ixtisaslara malik peşəkar gənclər vardır. Bu gənclər təhsillərini dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında tamamlamış bir qismi isə hal hazırda davam etdirməkdədirlər.
Səmimi şəraitdə keçən görüşdə iştirakçıların suallarını cavablandıran məruzəçilər seminar iştirakçılarına mövzu ilə bağlı dəyərli tövsiyələr verərək hər bir Azərbaycan vətəndaşı üçün bu günün nə qədər əhəmiyyətli olduğunu bir daha bildirmişlər.
GEAD İctimai Birliyinin sədri, dosent M. Babaşlı maraqlı məruzələrinə görə qonaqlara minnətdarlığını bildirmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi