Bakıda daha bir nəfər özünü yandırdı - FOTOLAR

img

28-12-2013 [20:03]


Bu gün Bakıda 46 yaşlı kişi özünü yandırıb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində, metronun "Xalqlar dostluğu” stansiyasından Günəşliyə gedən yolun üzərində, "İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
 
***

18.22

Bakıda daha bir nəfərin özünü yandırması barədə xəbər yayılıb. Musavat.com xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook-da yazıb. Onun yazdığına görə, hadisə Günəşli istiqamətinə gedə yolun kənarındakı yanacaqdoldurma məntəqəsində baş verib. "Hadisə yerinə hələ də təcili yardım çatmayıb və özünü yandıran kişinin vəziyyətinin ağır olduğu bildirilir, - Gözəl Bayramlı yazıb.

Qeyd edək ki, 3 gün əvvəl Bakının mərkəzində Qarabağ əlili də özünü yandırmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA