Ədalət Partiyasından Cəmil Həsənlinin qızı ilə bağlı yayılan görüntüyə sərt reaksiya: "Düşmənçiliyə çevirməyə hesablanmış təxribatdır"
29-03-2021 [15:11]
"Qarabağ üzərində böyük geopolitik savaşın bitmədiyi, əksinə, daha gərgin mərhələyə keçdiyi və belə həssas situasiyada da ölkəmizin içində milli və siyasi həmrəyliyin son dərəcə vacib olduğu bir vaxtda Milli Şura sədri, professor Cəmil Həsənlinin qızı ilə bağlı sosial şəbəkələrdə kütləvi şəkildə yayılmış məlum video siyasi münasibətləri daha da gərginləşdirməyə, qarşıdurmaya və aşkar düşmənçiliyə çevirməyə hesablanmış təxribatdır".
Mia.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Feysbuk-dakı hesabında yazıb.
O bildirib ki, siyasi mübarizənin və münasibətlərin süni və məqsədli şəkildə bu müstəviyə - qeyri-əxlaqi və qeyri-hüquqi yollara dartılmasını Ədalət Partiyası adından qətiyyətlə pisləməklə yanaşı, bu sayaq addımların 44 günlük Qarabağ savaşında birləşmiş cəmiyyətimizi yenidən parçalamaq, əvvəlki məcraya qaytarmaq, yaxın gələcəkdə ölkəmizin içərisində fitnə, nifaq salmaq və qarışıqlıq yaratmaq məqsədiylə edildiyi qənaətindədirlər:
"Ümid edirik ki, aidiyyəti dövlət qurumları, bir tərəfdən, məsələnin ağır siyasi nəticələr doğura biləcəyi risk və təhlükəsini, o biri tərəfdən də xaricdən bütün şübhə və ehtimalların Azərbaycan dövlətinin üzərinə yönləndirildiyi təşəbbüs və cəhdlərini nəzərə alaraq, çevik davranacaq və kimliyindən asılı olmayaraq, bu çəkilişi həyata keçirmiş və yaymış şəxslərin tapılıb ictimaiyyətə təqdim edilməsini və cəzalandırılmasını təmin edəcək.
Unutmamalıyıq ki, bir dövlət üçün ən böyük təhlükə öz dövlətindən qisas almağa hazır narazı vətəndaşların “yetişdirilməsi"dir və ötən illərin acı təcrübəsinə istinad edərək, Milli Şura sədri, professor Cəmil Həsənlinin qızı ilə bağlı baş vermiş hadisədə də təşkilatçıların növbəti dəfə məhz bu motivlə davrana biləcəkləri ehtimalı mütləq diqqətdə saxlanılmalıdır.
Hesab edirik, hadisədə hakimiyyətin əlinin olmadığını göstərmək üçün hakim YAP üzvləri və digər hakimiyyət tərəfdarları da sosial şəbəkələrdə bu olaya sevinmək və onu tirajlamaq yolu tutmamalı, əksinə, xarici ölkələrdə istirahətə üstünlük verən məmurlarımızla və övladlarıyla bağlı da bu sayaq kadrların yayılmasına zəmin yaradıldığını nəzərə alaraq, şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulmasına yönəlmiş belə davranışlara qarşı indidən sərt ictimai etirazı dəstəkləməlidirlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi