MƏKTƏBLƏR BİR-BİR BAĞLANIR, DƏRSLƏRLƏ BAĞLI HANSI QƏRAR VERİLƏCƏK? - Nazirlik "Bu barədə məlumat veriləcək” deyir
29-03-2021 [14:34]
Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.
Belə ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı məktəb liseyi bu gündən distant təhsilə keçib. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları artıb.
Bu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bildirilir ki, ölkədə sərt karantin rejimi tətbiq olunacaq və məktəblər bağlanacaq.
Mütəxəssislər də düşünürlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa və yoluxma sayı artarsa, o zaman sərt karantin tətbiq edilə bilər. Məktəblərin də bağlanması qaçılmazdır.
Mia.az-ın məlumatına görə, professor Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır.
“Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, ambulator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, nə qədər ki vəziyyət pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin”, - deyə Adil Qeybulla bildirib.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.
“Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək”, - deyə Cəsarət Valehov bildirib.
Məktəblərdə vəziyyətə nəzarət etmək üçün hansı tədbirlər görülməlidir?
Mövzuya aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Mütəxəssis BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda bütün məktəblərin bağlanması lüzumsuz addım olardı.
“İlk növbədə qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam.
Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır.
Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır”, - deyə Kamran Əsədov bildirib.
Kamran Əsədov deyir ki, distant təhsilə keçmək effektiv deyil: “Çünki bütün şagirdlərin elektron resurları yoxdur və bütün fənlərin onlayn qaydada tədrisi mümkün deyil. Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır.
Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq.
Bundan başqa onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.
Mənim proqnozuma görə, yoluxma artarsa, bundan sonra 30-dan çox məktəbin bağlanma ehtimalı var”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi