Smartfon 5 dəqiqədən bir sahiblərinin şəxsi məlumatlarını istehsalçı şirkətlərlə paylaşır
29-03-2021 [14:32]
Android və iPhone əsaslı smartfonlar, təqribən, 5 dəqiqədən bir sahiblərinin şəxsi məlumatlarını istehsalçı şirkətlərlə paylaşır.
“İrish Times” xəbər verir ki, belə bir qənaət Dublin Triniti Kolecində aparılmış tədqiqat nəticəsində əldə edilib.
Professor Daq Leyt (Doug Leith) tərəfindən dərc edilən araşdırmada iPhone ilə “Google” şirkətinin Android əməliyyat sisteminə əsaslanan smartfonlar arasında bu mənada mühüm fərq aşkarlanmayıb.
Bununla yanaşı, Android əsaslı smartfonların hər 12 saat ərzində 1 MB məlumat ötürdükləri halda iPhone-ların vur-tut 52 KB ötürdükləri də üzə çıxıb. Həm də smartfonlar sönmüş halda belə məlumat paylaşırmış.
Geri göndərilən məlumatlar arasında SİM birləşməsi, cihazın seriya nömrəsi, İMEİ, wi-fi MAC ünvanı, telefon nömrəsi olduğu güman edilir.
“Fikrimcə, bir çoxları “Apple” və “Google”un telefonlarımızdan məlumat toplamaqda məqsədlərinin “iCloud”, yaxud “Google Drive” kimi servisləri yerinə yetirmək olduğunu düşünür. Amma biz telefonlarımızı sadəcə telefon qismində, yəni zəng və daha nələrisə göndərib qəbul etmək üçün istifadə edərkən “Google” və “Apple”ın niyə məlumat toplamağa çalışdıqlarını görmək daha ağırdır. Hazırda biz “Google” və “Apple”-ın bu qədər məlumatları vəziyyətə uyğun topladıqlarını müəyyənləşdirmişik. Bunlar ifrat görünür, hansı ehtiyacdan gəldiyini də başa düşmək çətindir” – ekspert deyib.
Onun dediyinə görə, smartfonlar həm də yaxınlıqdakı cihazlarla bağlı məlumat toplayır. Belə ki, hər hansı istifadəşi wi-fi şəbəkəsinə qoşulduqda şəbəkədəki başqa telefonların da wi-fi MAC ünvanları “Apple”-a ötürülürmüş. Bu da istifadəçinin ev ünvanını, kafedəki masasını, yaxud ofis şəbəkəsini xüsusi olaraq təyin etmək imkanını verir. İstifadəçilər də bu izləmədən yayına bilmir.
Tədqiqat müəllifləri istifadəçilərdən toplanan bu məlumatlar əsasında onların internetdə gəzintiləri, alış-veriş ödəmələri barədə da məlumat əldə etməyə imkan verməcəyinə dair narahatlıq ifadə ediblər.
Məsələyə dair “Google” sözçüsü bildirib ki, müasir avtomobillərin ayrı-ayrı hissələri, təhlükəsizlik statusu, servis müddətinə dair təməl məlumatları mütəmadi ötürdüyü kimi smartfonların da bənzər məlumatları ötürməsini səmərəli fəaliyyətinin mühüm şərti olaraq dəyərləndirib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi