28-12-2013 [15:29]
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın Cenevrədəki (İsveçrə) evindən vaxtilə Daşkənddəki Özbəkistan Dövlət Muzeyindən oğurlanmış onlarla rəsm əsərləri çıxıb.
Virtualaz.org"Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, bu faktın üstünü dekabrın 23-də G.Kərimovanın evini "zəbt etmiş” və orada məskunlaşmış özbək dissidentləri aşkar ediblər.
Xəbər verildiyi kimi, dekabrın 23-də özbək siyasi qaçqın Səfər Bekjan və daha dörd dissident G.Kərimovanın Cenevrədəki evinə daxil olub. Evə G.Kərimovaya qarşı korrupsiya araşdırmaları çərçivəsində məhkəmənin qərarı ilə bir neçə ay əvvəl həbs qoyulmuşdu və orada heç kim yaşamırdı.
Evi ələ keçirəndən sonra orada öz təşkilatının ofisini açan S.Bekjan bildirib ki, G.Kərimovanın evində apardıqları axtarışlardan sonra 60-dan çox rəsm əsəri tapıblar. Həmin rəsm əsərləri vaxtilə Özbəkistandakı muzeylərdən oğurlanıb və rəsmi olaraq axtarışda idi. Habelə dissidentlər evdən "Bentli” avtomobili, çoxsaylı qızıl-zinət

əşyaları və brilyantlar, o cümlədən XVIII əsrə aid olan nadir Quran nümunəsi tapıblar.
S.Bekjan həmin zinət əşyalarının, rəsm əsərlərinin fotoşəkillərini çəkərək internetdə yayıb. Məlum olub ki, rəsm əsərlərinin üzərində onların müəllifi olan rəssamların imzaları, habelə məxsus olduqları muzeylərin möhürləri yer alır.
Rəsm əsərlərinin arasında Özbəkistanın xalq rəssamı Çingiz Axmarovun "Gözəllər” əsəri, habelə tanınmış rəssamlar Viktor Ufimtsevin və Roza Çoriyevin də əsərləri var.
Səfər Bekjan bildirib ki, o, evdən incəsənət nümunələrini tapanda çox təəccüblənib: "Evin çardağının divarlarında müxtəlif rəsm əsərlərinin asıldığını gördük. Orada Lev Reznikovun nəhəng "Nar” əsəri də var idi. Mən rəsmi divardan götürdüm və arxasında rəssam Reznikovun imzasını görəndə heyrətə gəldim. Bu əsər bura necə düşə bilərdi? Əsərə baxmağa başladım, ancaq onun Özbəkistan Mədəniyyət Nazirliyinin yazılı icazəsi ilə bura daşındığını təsdiq edən heç bir qeyd tapmadım. Sanki şəkil öz ayağı ilə bura gəlmişdi”.
İncəsənət xadimləri S.Bekjanın internetdə yerləşdirdikləri fotolara baxaraq belə qənaətə gəliblər ki, əsərlər orijinaldır və həqiqətən də Daşkənddəki muzeylərə məxsus olub.
Özbəkistanın Mədəniyyət və İdman Nazirliyinin keçmiş əməkdaşı təsdiq edib ki, rəsmlərin orijinalları muzeylərdən yoxa çıxıb, əslində hamı həmin əsərlərin G.Kərimovanın istəyi ilə muzeydən çıxarıldığını bilirdi. Keçmiş məmur bildirib ki, yüzlərlə incəsənət nümunəsi xaricdə sərgilərdə nümayiş olunmaq adı altında ölkədən çıxarılıb və geri qaytarılmayıb.
Bu arada dissidentlərin evə necə daxil olduğu da maraqlıdır. Səfər Bekjan etiraf edib ki, onlarda evin açarı olub, lakin müxalifətçi açarı haradan əldə etdiyini açıqlamayıb. Versiyalara görə, evin ələ keçirilməsində müxalifətçilərə Özbəkistandan yardım edə bilərdilər. İstisna deyil ki, Özbəkistanın Milli Təhlükəsizlik Xidməti G.Kərimovanın Cenevrədəki evinin açarını əldə edib və onu nüfuzdan salmaq üçün müxalifətçilərə ötürüb.
İsveçrə polisinin nümayəndələri evə baş çəksələr də müxalifətçiləri oradan çıxarmayıblar. Özbəkistan səfirliyinin əməkdaşları dekabrın 24-də isə evdən "Bentli” və "BMW” avtomobillərini götürərək gediblər.
S.Bekjan bildirib ki, səfirlik əməkdaşları dekabrın 27-də yenidən qayıdıb və bəzilərinin dəyəri yüz minlərlə dollar olan rəsm əsərlərini siyahıya almağa başlayıblar.
Daşkənd Dövlət Muzeyindən isə rəsm əsərlərinin yoxa çıxması ilə bağlı şərh verməkdən imtina ediblər.




Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi