AVROPALI SABİQ NAZİR: "OYUN BİTİB, TÜRKİYƏ QAFQAZDA DAHA ÇOX SÖZ SAHİBİDİR" - Almaniya və Fransa böyük xətaya yol verdi"
28-03-2021 [21:35]
İtaliyanın sabiq Xarici işlər naziri Franko FrattiniTürkiyə ilə bağlı olduqca diqqətçəkən açıqlamalar verib.
Mia.az xəbər verir ki, İtaliya mətbuatına danışan sabiq nazir ilk əvvəl İtaliya Baş naziri Mario Draghi ilə Türkiyə prezidenti Ərdoğan arasındakı son telefon danışığından söz açıb.
İtaliya ilə Türkiyənin arasındaki strateji bağın çox əvvəllərə söykəndiyini vurğulayan sabiq nazir bildirib ki, vəzifədə olarkən Türkiyə ilə olan əlaqələri ən yüksək səviyyədə saxlamağa çalışıb.
AVROPA BİRLİYİ TÜRKİYƏNİ KƏNARA İTƏLƏMƏKLƏ BÖYÜK XƏTAYA YOL VERDİ
Türkiyənin istər strateji mövqeyi, istərsə güc potensialı baxımından vacib ölkə olduğunu və bu səbəbdən münasibətləri yüksək səviyyədə tutmağın vacibliyinə xüsusi vurğulayan Frattini bildirib ki, Türkiyənin İran, Rusiya və Çin təsir dairəsinə girməməsi üçün öz dönəmində ingilislərlə birgə "Türkiyənin dostları" adlı qrup yaradıblar. Ancaq həmin dönəmdə Fransa prezidenti Jak Şirak vəə Almaniya Baş naziri Gerhard Schröderin Türkiyənin Avropa Birliyi (AB) ilə olan əlaqələrinə qapını qapatdığını söyləyən sabiq nazirin sözlərinə görə, bu, çox böyük bir xəta olub.
Gedərək güclənən Türkiyənin bu gün başda Rusiya ilə olan S-400 anlaşması olmaqla, bölgədəki digər dövlətlərlə sağlam bağlar qurduğuna diqqət çəkən Frattini belə bir vəziyyətin AB-nin xeyirinə olmadığını deyib.
"OYUNUN BİTDİYİNİ HAMIMIZ BİLİRİK"
Sabiq Xarici işlər naziri AB-nin diqqətsiz mövqeyini tənqid edərək, güclü Türkiyə - Rusiya əlaqələrindən də söz açıb.
O deyib ki, bəyənsələr də, bəyənməsələr də, Türkiyə vaz keçilməsi çətin olan strateji ortaqdır: "Oyunun artıq bitdiyini hamımız bilirik. Ankara S-400 raketlərini Moskvaya geri qaytarmayacaq".
Frattini ABŞ-ın da bu vəziyyəti qəbul etmək məcburiyyətində olduğunu deyib.
"TÜRKİYƏ QAFQAZDA HƏR KƏSDƏN DAHA ÇOX SÖZ SAHİBİDİR"
Sabiq nazir reportajda Türkiyənin Qafqaz və Qara dənizdəki mübarizəsinə də toxunub.
O, bu bölgənin qaz və neft kəmərləri ilə çoxdan bir enerji mərkəzi halına gəldiyini vurğulayıb.
Frattini qeyd edib ki, Türkiyə Liviya ilə qurduğu güc birliyi sayəsində tək bir həmlə ilə bütün Avropanı geridə qoyaraq Şərqi Aralıq dənizində ciddi üstünlük əldə edib.
Azərbaycan-Ermənistan savaşında Minsk qrubunun boşa çıxan uzlaşma çabaları qarşısında, Ərdoğanla Putinin müdaxiləsinin bölgədəki müharibəyə nöqtə qoyduğunu da dilə gətirən sabiq nazirin sözlərinə görə, bununla da Qafqazda və Dağlıq Qarabağda Türkiyə və Rusiya digər bütün dövlətlərlə müqayisədə daha çox söz sahibləridir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi