28-12-2013 [14:32]
Sabiq təşkilat sədri yazır ki, 2004-cü ildə Heydər Əliyevin adına əbədiləşdirilən İmişlidəki Heydər parkı 2006-cı ildən etibarən bu gün onun heykəli qarşısında əyilən rəhbərlər tərəfindən qanunazidd olsa da, satılıb: «İş o yerə çatıb ki, Heydər Əliyevin parkdakı heykəli mövcud xəritəyə daxil olunmayıb. Əlbəttə, mən məmurların Heydər Əliyevə olan sevgisini şübhə altına almaq niyyətində deyiləm. Hətta onların dahi insana hörmətləri çox-çox yüksəkdir, ona görə yox ki, ağızları çörəyə çatıb. Çünki bu gün oğlu – Siz prezidentsiniz! Biz isə o məmurlardan və bəzi dırnaqarası iş adamlarından fərqli olaraq, Heydər Əliyevin adına olan parkın korrupsiya və rüşvət predmetinə çevrilməsinin əleyhinəyik və mübarizəmizi davam etdirəcəyik. Ümid edirik ki, rayonumuzun keçmiş başçısı Əbülfəz Ağayevin 2006-cı ildə İmişlidəki parklar üzərində imzaladığı sərəncam və ondan irəli gələn problemlər tezliklə öz həllini tapacaq. Əks halda yaxın gələcəkdə rayonda mülkiyyət uğrunda çox böyük təlatümlü hadisələr baş verəcək».
Müəllif yazır ki, bu barədə bəlkə də 500-ə yaxın şikayət yazılıb. Lakin şikayətlər rayon İcra Hakimiyyətinə və ya aşağı qurumlara göndərilməklə ört-basdır edilir: «Nazirlər Kabineti, Baş Prokurorluq, Torpaq Komitəsi, Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi və sair qurumlar bir-birlərinə zidd cavablar yazmaqla, işlərini bitmiş sayırlar. Torpaq Komitəsi parkların köçürülməsi ilə bağlı baş verən qanunsuzluqlarla bağlı məhkəməyə müraciət etdiklərini deyir. Lakin aradan ay keçir, bəlli olur ki, nəinki problemlər həllini tapır, ustəlik, Heydər Parkında Heydər Əliyevin heykəlinin xəritə-cizgiyə alınmaması, mövcud xəritə ilə parkın bir hissəsinin məktəbin və dəmiryol xəttinin üzərində yerləşməsi faktlarını da araşdıran yoxdur! Çox təəssüf ki, rəsmi qurumlar belə yollarla parkların köçürülməsində baş verən saxtakarlıq və alqı-satqı əməliyyatlarını araşdırmaqdan yayınır. Görün, nə vəziyyət yaranıb ki, bu gün Heydər Parkında tikilmiş Gənclər Mərkəzinin tikintisi haqda sərəncam yoxdur. Adı Gənclər Mərkəzi olsa da, fakt Şadlıq Sarayıdır. Adıçəkilən nazirliklərin sərəncamı olmayan tikintiyə rəy verilməsindən danışmağa dəyməz, çünki məsuliyyət yükündə onlarında payı az deyil. Bəs sərəncamı olmayan tikintiyə «Azərenerji» necə texniki şərt verib?».
M.Zülfüqarov yazır ki, Heydər parkında tikilən binaları isə park ərazisi kimi göstərə bilmirlər: «Həmin obyektləri 20 Yanvar küçəsində tikilmiş binalar kimi göstərirlər. Əlbəttə, hər binanın nömrəsi və yerləşdiyi küçəsi olur və olmalıdır. Ancaq H.Əliyev adına İmişlidə park mövcud deyil, sənədlər bunu sübut edir. Üstəlik, Başçının 2006-cı il "köçürmə əməliyyatı” Şəhidlər Xiyabanı və Vətən Müharibəsi iştirakçılarına qoyulmuş abidəni də inkar edir».
Sonda təşkilat sədri prezidentdən bu problemləri araşdırmağı xahiş edib: «Biz inanırıq ki, sizin göstərişinizlə İmişlidə statusu dəyişdirilmiş 4 park əvvəl-axır əvvəlki statusuna qaytarılacaq».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi