Dünyanın ən məşhur jurnalı Qarabağ savaşından yazdı: "Bu savaş kiçik dövlətlərin döyüş meydanında üstünlüyü necə ələ almasını əyani göstərdi"
26-03-2021 [20:32]
“Forbes” jurnalında Azərbaycan ilə Ermənistan arasında baş vermiş 44 günlük müharibədən bəhs edən məqalə dərc olunub.
Mia.az xəbər verir ki, müəllif Pol İddon məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Ermənistan tərəfindən ərazilərimizin 20 faizinin işğala edilməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən, xüsusilə də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söhbət açıb.
Müəllif vurğulayır ki, bu qısamüddətli müharibə Azərbaycanın parlaq qələbəsi və Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan Ordusunun cəbhədə düşmənə endirdiyi sarsıdıcı zərbələr və qazandığı böyük uğurlar Ermənistanı noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə məğlubiyyətinə dair bəyanatı imzalamağa, işğal altındakı bütün torpaqlardan qoşunlarını çıxarmağa məcbur edib.
P. İddon yazır ki, 2020-ci ildə Qarabağ uğrundakı son müharibə zamanı ən müasir silah və hərbi texnika ilə təmin olunmuş Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradıb. Bununla da Azərbaycan Ordusu pilotsuz uçan aparatlardan, eləcə də müasir hərbi texnologiyadan məharətlə istifadə etməklə, kiçik dövlətlərin döyüş meydanında üstünlüyü necə ələ almasını əyani şəkildə göstərib.
Məqalədə qeyd edilir ki, 2020-ci ildə Qarabağ müharibəsi başlayarkən bir çox erməni hərbçilər 1994-cü il Qarabağ müharibəsində qazandıqları müharibəyə bənzər döyüşlər gözləyirdilər. Əsasən Rusiya istehsallı silahlarla təchiz edilmiş Ermənistan ordusu bu müharibədə də üstünlük qazanacağını və ya ən azından uğurla müdafiə olunacağını düşünürdü. Lakin 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri özünü gələcəyin müharibəsinə uyğun hazırlamış Azərbaycan Ordusu tərəfindən darmadağın edildi.
Məqalədə Azərbaycan rəhbərliyinin ölkədə apardığı böyük ordu quruculuğu, müasir müdafiə sənayesinin yaradılması ilə yanaşı, İsrail və Türkiyədən aldığı müasir silah-sursatlar barədə də ətraflı məlumat verilir. Bildirilir ki, müasir hərbi vasitələrə malik olmayan Ermənistan ordusu böyük və sarsıdıcı məğlubiyyətə uğradı. Müəllif, həmçinin Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv olunmasında Azərbaycan PUA-larının xüsusi rol oynadığını diqqətə çatdırır.
Azərbaycan Prezidenti İlham Əliyevin müharibə zamanı xarici mətbuata verdiyi müsahibələrindən birində səsləndirdiyi fikrə istinad edən müəllif vurğulayır ki, müharibə zamanı Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları ilə bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edilib.
P. İddon rəsmi statistikaya əsaslanaraq, Vətən müharibəsi zamanı təxminən 240 erməni tankının məhv edildiyini, 40-a yaxın tankın və 20-dən çox piyadaların döyüş maşınının Azərbaycan Ordusu tərəfindən qənimət olaraq ələ keçirildiyini bildirir.
Sonda müəllif bir daha vurğulayır ki, 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə nəticələnib və tərəflər Rusiyanın vasitəçiliyi ilə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair bəyanat imzalayıblar. Qazandığı şanlı Zəfərlə Azərbaycan XXI əsrdə kiçik dövlətlərin ən müasir və yüksək keyfiyyətli silah və hərbi sistemlərdən səmərəli istifadə etməklə, hərb meydanında qələbə əldə edə biləcəklərini sübuta yetirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi