XİN-dən "BBC News Azərbaycan"ın Cəbrayılla bağlı yazısına reaksiya: "Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin..."
26-03-2021 [13:05]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarını şərh edib.
Mia.az xəbər verir ki, XİN 25 mart 2021-ci ildə "BBC News Azərbaycan"ın Cəbrayıl şəhərində "Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yaymasına toxunub:
"Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin YUNESKO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik.
Azərbaycan Respublikası mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiq olduğunu dəfələrlə təsdiq etmişdir və bu, dəyişməz olaraq qalır.
İddia olunan 'yoxa çıxma’ məsələsinə kompleks şəklində baxılmalıdır. Sözügedən ibadətgah, beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilmişdir və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar tərəfindən məskunlaşmışdı. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilmişdir.
2017-ci ildə Azərbaycan Respublikasının Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciətindən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Cəbrayıldakı ibadətgahı ziyarət etməyi qəbul etdilər. Azərbaycan Respublikası erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirməsindən ciddi narahatlığını bildirdi. ATƏT-in Minsk Qrupu həmsədrləri bu səfərdən sonra ibadətgahın Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər.
Yalnız beş il əvvəl tikilən və inşası tam şəkildə Ermənistan işğalçı qüvvələrinə xidmət etmək məqsədi daşıyan ibadətgah Cəbrayılın mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz.
Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinin dağıdılmasının beynəlxalq media tərəfindən geniş işıqlandırılması və bu ərazilərin hətta “Ruhlar şəhəri” və ya “Qafqazın Xirosiması” kimi adlandırılması Ermənistanın vandalizmini və Azərbaycanın tarixi, mədəni və dini irsinin dövlət səviyyəsində dəstəklənən qəsdən məhv edilməsi siyasətini açıq şəkildə nümayiş etdirdi.
Azərbaycanın irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə mədəni təmizləmə və çoxsaylı hərbi cinayətlər həyata keçirən, o cümlədən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi məkan, saray və muzeyi dağıdan ölkənin Azərbaycanı ittiham etmək üçün nə hüquqi, nə də mənəvi haqqı var.
Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi onilliklər ərzində beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. Bu həqiqət, 2005-ci ildə nəşr olunan YUNESKO-nun Fəaliyyət Hesabatında da açıq şəkildə əksini tapmışdır. Hesabatda bildirilirdi ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı narahatlığını ifadə edib və bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsini xahiş edib, lakin missiyanın qarşısı bu ərazilərin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı səbəbindən alındı.
Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. Bu xüsusda YUNESKO ilə konstruktiv dialoq aparılır və ümid edirik ki, bu missiya tezliklə baş tutacaq.
Azərbaycan Respublikası azad edilmiş ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi