Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb

img

28-12-2013 [12:12]


Səhiyyə Nazirliyi özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun son durumu ilə bağlı açıqlama verib. Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov bildirib ki, xəstənin yaraları periodik olaraq işlənir, şok əleyhinə terapiya aparılır: "Həyatı vacib orqanlarının normal fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görülür. Xəstə hazırda reanimasiyadadır, səhhəti ağır-stabil olaraq qalır”(APA).

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında kondedrasiya tərəfindən 20 illiik obyektinin alınmasına etiraz edərək, üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA