"Spiker xaricdə ola-ola barəmdə necə sərəncam verib?" - Milli Məclisin sabiq sektor müdiri Kamran Əliyevə müraciət etdi
22-03-2021 [21:47]
Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 4b, mənzil 42-də yaşayan Milli Məclis Aparatının Beyənlxalq münasibətlər şöbəsinin sabiq sektor müdiri Axundov Rahim Sərhad oğlu Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.
Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli cənab Baş Prokuror,
Sizə ünvanladığım 7 dekabr 2020-ci il tarixli məktubum Prokurorluq orqanları tərəfindən araşdırılmamış, əksinə baxılmaq üçün barəsində şikayət etdiyim orqana – Milli Məclis Aparatına göndərilmiş və şikayətin araşdırılması hərəkətlərində mənə qarşı və qanunun aliliyi prinsipinə qarşı qanunsuzluq etməsində əsaslı şübhələrin olduğu vəzifəli şəxsə - Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sabiq müdiri İlqar Fərzəliyevə həvalə edilmişdir (yanvar 2021-ci ildən artıq pensiyadadır).
Hörmətli cənab Baş Prokuror, 2020-ci il 10 mart tarixində Dövlət Başçısı Prezident cənab İlham Əliyev Milli Məclisdə çıxış edərkən bu fikirləri səsləndirmişdir. “Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır.”
RAHİM AXUNDOV
Prezident cənab İlham Əliyevin bu çıxışına əsasən bildirim ki, Milli Məclis sədrinin adından 25.12.2018-ci il tarixində saxta sərəncam verilməsində şübhəli bilinən İlqar Fərzəliyev, şübhəsiz ki, öz qanunazidd əməllərini özü mühakimə edib ədalətli araşdırma aparmayacaq. İlqar Fərzəliyev ədalətli araşdırma aparmaq əvəzində mənə yazır ki, sözügedən sərəncamım ləğv edilməsi məsələsi iddia müddətinin ötürülməsi arqumentinə görə məhkəmələr tərəfindən mümkünsüz sayılmışdır.
Məhkəməyə verdiyim şikayətdən fərqli olaraq, Sizə ünvanladığım şikayətdə isə tamamilə başqa bir məsələ qaldırmışam: vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının araşdırılmasını xahiş etmişəm. Belə ki, Milli Məclisin sədri Oqtay Əsədov 25 delabr 2018-ci il tarixində İran İslam Respublikasında rəsmi səfərdə olduğu bir vaxtda, yəni həmin gün saat 13:17 radələrində İranın Prezidenti cənab Həsən Ruhani ilə görüşdə olduğu bir zamanda barəmdə necə sərəncam verə bilərdi? Milli Məclisin Sədri həmin gün fiziki olaraq Bakıda olmayıb. Ona görə də sözügedən sərəncamın Oqtay Əsədov tərəfindən imzalanması tamamailə absurd bir məsələdir. Həm də ona görə ki, Oqtay Əsədov İrana səfər edəndən sonra faktiki olaraq ərizəni Milli Məclis Aparatına təqdim etmişdim və aydın məsələdir ki, Oqtay Əsədov İranda olduğu üçün ərizəmin üzünü belə görə bilməzdi.
Həmin dövrdə Oqtay Əsədovun İranda olmasını sübut edən əhəmiyyətli faktları və məlumatları bir daha diqqətinizə çatdırıram. Bundan başqa, Milli Məclisin inzibati binasına hansı tarixdə və saat neçədə daxil olduğumu sübut etmək üçün kamera və turniket göstəriciləri vardır.
Belə olan halda nəyə görə şikayətim Prokurorluq orqanları tərəfindən araşdırılmamışdır? İlqar Fərzəliyevin bu hərəkəti qanunun aliliyinə birbaşa zərbədir. Bu cür hərəkətlər hüquqi dövlət prinsipi ilə bir araya sığmır.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin, habelə 60-cı maddəsinin I və II hissələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 320 və 75.1.1 maddələrinin tələblərini nəzərə alaraq Sizə bir daha müraciət edirəm.Böyük ictimai təhlükə törətməyən cinayətlərin ifşa olunması və gələcəkdə təkrarlanmaması üçün xahiş edirəm bu məsələ ədalətli və qanunauyğun formada araşdırılsın, aidiyyatı şəxslərdən izahatlar alınsın və bu cür hüquqazidd əməllərə lazımi hüquqi qiymət verilsin".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi