Səttar Mehbalıyev "qalxan" etdiyi məhkəmə qərarını "tapdaladı"

img

27-12-2013 [20:13]



Azərbaycan Həmkarlar İttifaqı özünü yandıran Qarabağ əlilinə 100 min manat ödəyib. Maddi yardım Zaur Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğu nəzərə alaraq verilib.

APA TV-nin xəbərinə görə, Həmkarlar İttfaqı sədrinin müavini Aqil Dadaşov, maliyyə şöbəsinin müdiri Qalib Qəribov, Qarabağ Əlilər Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri ailəyə baş çəkiblər.

Bildirilib ki, İcraiyyə Komitəsi Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilməsini qərara alıb. Bundan başqa, Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilib. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək. Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

Xatırladaq ki, bu gün günortaya qədər AHİK sədri deputat S.Mehbalıyev tez-tez məhkəmə qətnamələrini əsas tutaraq, özünü müdafiə edirdi. Son hərəkətlər isə göstərir ki, bu, onun növbəti blefi olub. Ya da Mehbalıyev "saman çöpü"ndən yapışmaqla, özünün və prokuror işləyən oğlunun karyerasını artan qəzəbdən qorumağa çalışır. Belə olmaasaydı, o, bu xəbərə qədər "qalxan" etdiyi məhkəmə qərarlarını da tapdalamazdı.

Onu da qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb. Hazırda 5 saylı şəhər xəstəxanasında müalicə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA