Səttar Mehbalıyevin yalanı ifşa olundu, hakimə vəkildən ağır ittiham

img

27-12-2013 [20:02]



Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının qarşısında özünü yandıran və hazırda 5 saylı xəstəxanada müalicə olunan Qarabağ qazisi Zaur Həsənovla bağlı 17 təşkilat prezident İlham Əliyevə müraciət edib.

Mia.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Z.Həsənovun hüquqlarını müdafiə edən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədov deyib.

F.Məmmədov bildirdi ki, Qarabağ əlilləri prezidentdən onları qəbul etməsini xahiş ediblər: "Qarabağ əlillərinin yeganə tələbi Zaur Həsənovu bu vəziyyətə çatdıran şəxslərin cəzalandırılmasıdır. Son 1 ildə 10 Qarabağ əlili intihar edib. Bunlar prezidentdən gizlədilir. Qarabağ əlilləri iş tapa bilmirlər, obyektləri əlindən alınır, müalicə üçün dərman almağa pulları yoxdur”.

Deputat Səttar Mehbalıyevlə Zaur Həsənov arasında obyektin sökülməsinə dair gedən məhkəmələrdə Z.Həsənovu müdafiə edən vəkil Züleyxa Salahova isə virtualaz.org saytına açıqlamasında daha maraqlı faktı açıqladı.

Vəkil dedi ki, Zaur Həsənovun 70 kvadratmetrlik ərazidə çayxana tikilişinə dair bələdiyyənin, Səbayel Rayon İcra Hakimiyyətinin sərəncamı var: "Sözügedən çayxana Həmkarlar Təşkilatının balansında deyil, hətta 100 metr aralıda yerləşir. Məhkəmədə Zaurun uduzmasına Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmira Nağıyeva səbəb oldu”.

Züleyxa Salahova Səttar Mehbalıyevin hadisə ilə bağlı açıqlamasına da münasibət bildirdi: "Səttar Mehbalıyev deyir ki, obyektin sökülməsi dövlət əhəmiyyətli işdir. Amma Mehbalıyevin rəhbərlik etdiyi təşkilat dövlət orqanı deyil”.

Xəstəxananın qarşısına toplanan Qarabağ qaziləri isə Səttar Mehbalıyevin ünvanına tənqidi fikirlər səsləndirdilər: "Bibiheybət sakinlərinin dənizə çıxışı yoxdur, çünki Səttar Mehbalıyevin obyektləri qarşısını kəsib”.

Firidun Məmmədov isə Bakı Apelyasiya Məhkəməsində işə baxan hakim Elmira Nağıyevanın S.Mehbalıyevin müavinlərindən birinin qardaşı qızı olduğunu dedi: "Bizə verilən məlumata görə, hakimin yaxın qohumu Səttar Mehbalıyevin sədrlik etdiyi təşkilatda çalışır. Biz bu məlumatı da araşdıracağıq”. Züleyxa Salahova Səttar Mehbalıyevin hadisə ilə bağlı açıqlamasına da münasibət bildirdi: "Səttar Mehbalıyev deyir ki, obyektin sökülməsi dövlət əhəmiyyətli işdir. Amma Mehbalıyevin rəhbərlik etdiyi təşkilat dövlət orqanı deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA