İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında!

img

27-12-2013 [19:31]


Bu gün Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında iştirak edib. 

 Mia.az xəbər verir ki, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib: "Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlətimizin başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə akademiyanın Nizamnaməsi təsdiq edilmişdir.

Məlumat verildi ki, akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.

 Dövlətimizin başçısı akademiyanın kollektivi ilə görüşdü". 

Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA