Ceyhun Bayramov İƏT-in ölkəmizdəki səfirləri ilə görüşüb - XİN-dən açıqlama
18-03-2021 [22:50]
Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdəki səfirləri ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra yaranan yeni reallıqlar, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı bir sıra məqamlar, post münaqişə dövrünün bərpa və quruculuq işləri, tərəfdaş dövlətlərin bu prosesdə iştirakı, bölgədə yaranan yeni əməkdaşlıq imkanları barədə məlumat verib.
Eyni zamanda, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe (hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə göndərməsi, azad olunmuş ərazilərdə yerləşdirilmiş minalarla bağlı xəritələri Azərbaycana verməməsi) diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb. Ermənistanın beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən bu ölkəyə təzyiq göstərilməməsinin sonuncuda yanlış illüziya yaratdığı qeyd olunub. Bölgədə dayanıqlı sülh və sabitliyin, inkişafın təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin vacib olduğu bildirilib.
İƏT-in hər zaman Azərbaycanın haqq mövqeyinə birmənalı dəstək verdiyi və bu xüsusda, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də təşkilatın sonuncu Nazirlər Şurasının iclasında qəbul etdiyi qətnamələrdə sərgilənən və beynəlxalq hüquqa əsaslanan mövqe məmnunluqla vurğulanıb.
Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması prosesində, habelə bu ərazilərdəki tarixi, mədəni, dini irsin bərpasında iştirak etmək istəyini ifadə edən ölkələrə təşəkkür ifadə edilib.
Daha sonra görüş sual-cavab formatında davam etdirilib. İƏT-in Azərbaycandakı diplomatik nümayəndəlikləri adından ölkəmizdəki diplomatik korpusun duayeni qismində Fələstin səfiri Nasir Əbdül Kərim çıxış edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və orada törədilən dağıntıların miqyası ilə tanış olmaq imkanlarının olduğunu qeyd edib. Bu ərazilərin yenidən tikilməsi və bərpası, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönməsinin əhəmiyyətini vurğulayıb. İƏT-in bölgədə dayanıqlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması ilə bağlı mövqeyini bir daha vurğulayıb. Nazir Ceyhun Bayramov səfirlərinin çoxsaylı suallarını cavablandırıb.
İƏT üzv ölkələrinin səfirləri gələcəkdə bu formatda görüşlərin davam etdirilməsi istəyini ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi