Orduda 2 generalın istefa xəbərinə daha bir reaksiya gəldi

img

26-12-2013 [21:30]


"Fazil Aşumov və Rafiq Hüseynovun vəzifədən azad edilməsi dəqiq məlumat deyil. Müdafiə Naziri səfərdən bu gün qayıdır, nazir burda olmaya-olmaya generallar vəzifədən necə azad edə bilər?” 

Mia.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərli "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov və Artilleriya idarəsinin rəisi general-mayor Rafiq Hüseynovun vəzifələrindən azad edilməsi barədə yayılan  məlumata cavab olaraq "Axar.az”a deyib. Üzeyir Cəfərov onda olan mənbələrin bu məlumatı təsdiqləmədiyini bildirdi: "Adətən nazir burda olanda onu əlaqələndirmək olar ki, yayılan məlumat həqiqəti əks etdirir, amma səfərdə olan nazir generalları vəzifədən necə azad edə bilər, axı? Müdafiə Nazirliyi ilə əlaqədar ən xırda xəbərlər belə, gözümdən yayınmır, elə bir şey olsaydı, özəl mənbələrdən dəqiq məlumat əldə edərdim. Onu da qeyd edim ki, bu məsələdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin susqunluğu da təəccüb doğurur”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA