“Rövşən Əkbərovun həbsi, Nəcməddin Sadıkovun “vurulması” Ordudakı təmizləmənin tərkib hissəsidir” - Açıqlama
17-03-2021 [13:03]
“Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi həm də Azərbaycan ordusundakı təmizləmə əməliyyatının tərkib hissəsidir”.
Bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Rövşən Əkbərovun Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilməsindən danışarkən bildirib.
A.Nağı deyib ki, Rövşən Əkbərovun hazırda ittiham olunduğu cinayətlə bağlı illər əvvəl mətbuatda yazılıb:
“Amma illər əvvəl yazılanlar hüquqi əks-səda doğurmadı və hansısa reaksiya verilmədi. Bizim bildiyimiz də indi mətbuatda yazılanlar qədərdir. Yəni onun illər əvvəlki cinayətə görə saxlanıldığı bildirilir”.
QAT sədrinin sözlərinə görə, II Qarabağ müharibəsinin gedişində baş verən bəzi hadisələrin bu həbsin tərkib hissələri olması istisna edilmir: “Rövşən Əkbərov tanınmış korpus komandiri olub. Müharibənin gedişində bəzi rəsmi və qeyri-rəsmi məlumatlar yayıldı. Kompleks şəkildə yanaşsaq, deyə bilərik ki, II Qarabağ müharibəsi zamanı orduda təmizləmə prosesi getdi. Nəcməddin Sadıkovun ordudan uzaqlaşdırılması ən vacib məsələlərdən biri idi. Azərbaycan cəmiyyətində onun mənfi rolu ilə bağlı dəfələrlə müzakirələr aparılmış, fikirlər səsləndirilmişdi. Nəcməddin Sadıkovun Azərbaycanın ordu rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı Qarabağ Azadlıq Təşkilatı dəfələrlə müraciətlər ünvanlamışdı. Gedişat onu göstərir ki, ordunun daxlində müəyyən proseslər gedir. Bunu təmziləmə kimi də dəyərləndirmək olar. Məsələ burasındadır ki, müharibənin gedişində Rövşən Əkbərov da korpus komandirliyindən uzaqlaşdırılmışdı. Ona görə də Rövşən Əkbərovun həbsini təmizləmənin tərkib hissəsi saymaq olar.
Baş Prokurorluğun rəsmi məlumatlarına görə, o, Kiyevdəki cinayətə görə saxlanılıb. Biz çox istəyirik ki, ədalətli qərar verilsin. Azərbaycan ordusunun xeyrinə olan proseslərə yönəlik qərar verilsin. Biz ədalətin bərqərar olacağına, işin obyektiv araşdırılacağına inanırıq”.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31 may 2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
"15 mart 2021-ci ildə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.
Azərbaycan Müdafiə Nazirliyi bu il yanvarın 28-də yaydığı məlumata görə, general-polkovnik Nəcməddin Sadıkov müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılaraq, ordu sıralarından ehtiyata buraxılıb.
N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi