Qarabağ qaziləri ayağa qalxdı, "Fəvvərələr"də aksiya olacaq

img

26-12-2013 [14:55]


"Qarabağ qaziləri” Cəmiyyəti dünən Həmkarlar İttifaqının qarşısında özünü yandıran Qarabağ əlili Zaur Həsənovun hüquqlarını müdafiə məqsədi ilə dekabrın 28-də, saat 15:00-də Fəvvarələr meydanında mitinq keçirəcək. 

Bu haqda interpress.az-a Qarabağ qazisi, AXCP rəyasət heyətinin üzvü Asif Yusifli məlumat verib. Asif Yusifli deyib ki, Qarabağ əlilinin hüquqlarını müdafiə üçün bir qrup əlil, partiya üzvləri, qeyri-hökümət təşkilatları meydana axışacaq. 

Məqsəd isə, Qarabağ əlillərinin mülkiyyət hüquqlarının pozulmasını ictimaiyyətə çatdırmaqdır. Qeyd edək ki, dünən səhər saatlarında Qarabağ əlili Zaur Həsənov özünü yandıraraq intihara cəhd edib. O, bunu mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA