Generaldan oğlunun dava xəbərinə reaksiya gəldi

img

26-12-2013 [14:43]



"Mənim oğlum Heydər Əliyev Hava Limanındakı davada iştirak etməyib. Oğlumun o davada iştirak etməsi ilə bağlı xəbər yalandır”.  

Etatist.com xəbər verir ki, bu sözləri "Axar.az”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Elxan Həsənov Heydər Əliyev Hava Limanında baş verən dava ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, heç bir oğlan övladı yoxdur: "Heydər Əliyev Hava Limanında baş verənlər polis tərəfindən araşdırılır. O ki qaldı mənim övladımın orda iştirak etməsinə, Allah hamının övladını saxlasın, mənim iki qız övladım var, oğlum yoxdur. Oğlum yoxdursa, hansı davada iştirakından söhbət gedə bilər?”

Xatırladaq ki, dünən axşam saatlarında məmur qohumları arasında Heydər Əliyev Hava limanında dava olması və Müdafiə Nazirliyində çalışan bir şəxsin isə bu davada ayağının sınması barədə xəbər yayılıb. Xəbərdə dava edənlərin Müdafiə naziri Zakir Həsənov, Rabitə və Texnologiyalar naziri Əli Abbasov və keçmiş Baş prokuror İxtiyar Şirinovun qohumları arasında baş verdiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA