Nəsir Sadıqov sədr müavini, onlar isə auditorlar təyin olunacaq - Spiker təqdimat verib + FOTO
15-03-2021 [17:39]
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.
Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə olan vakant yerlərə təqdim edilmiş namizədlər “Hesablama Palatası haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir. Tahir Mirkişili vurğulayıb ki, ali audit orqanı olan Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı həyata keçirdiyi fəaliyyət Milli Məclis deputatlarına təqdim olunan təhlil materiallarının əhatəli olmasında və yüksək keyfiyyətdə hazırlanmasında özünü aydın göstərir. Bu prosesin ildən-ilə təkmilləşməsində adı çəkilən namizədlərin özünəməxsus əməyi var.
Sonra komitədə yeni vəzifələrə təqdim olunmuş namizədlərin çıxışları dinlənilib. Namizədlər göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.
İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov və Mahir Abbaszadə Hesablama Palatasının sədr müavini və auditorları vəzifələrinə irəli sürülmüş namizədlərə müsbət münasibət bildiriblər, onlara təmsil etdikləri qurumun işlərini yeni dövrün çağırışlarına uyğun qurmaqda uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.
Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.
Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi