Bakı polisindən xəbərdarlıq: "Aksiya keçirilməsinə imkan verilməyəcək"

img

26-12-2013 [12:30]


"Fəvvarələr” meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Kimlərinsə şikayəti varsa, gedib həmin quruma öz şikayətlərini yazılı şəkildə bildirsinlər və problemlərini hüquqi qaydada həll etsinlər. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Qarabağ qazisi Zaur Həsənovun özünü yandırmasına etiraz olaraq dekabrın 28-də "Fəvvarələr” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb (APA) .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA