Şəhid hüquqşünas Anar Bahadurovun nakam ömrü... - FOTO
14-03-2021 [09:45]
Böyük türk dünyasının lideri Mustafa Kamal Atatürk deyib ki, millətin həyatı təhlükəyə məruz qalmayıbsa, müharibə etmək cinayətdir.
Azərbaycan xalqının timasalında da bu deyim öz təsdiqini tapır. Əsrlərcə xalqımız nankor erməni qonşularımızın əli ilə zorakılığa, torpaqlarımız isə işğala məruz qalmış, itirə-itirə gəldiyimiz torpaqların bir qarışını isə geri qaytarmaq mümkünsüz olmamışdı. Bu az imiş kim xalqımıza layiq olmadığı məğlubiyyəti də zorla unutdurmağa çalışmışlar. Amma son otuz ildə başına gətirlən fəlakətlərdən, qanla yazılan və düşmənlərin sərhədlərini zorla dəyişdirilməyə çalışdıqları hadisələrdən xüsusi dərs alan Azərbaycan xalqı, bir millət olaraq indiyədək başına gətirilən haqsızlıqları öz yaddaşına həmişəlik möhürlədi və unutmadı...
Azərbaycan xalqının belə bir məsəli var, ordum varsa, yurdum var. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və davamlı siyasət nəticəsində daha da inkişaf etdirilərək dövlətin dayağına və xalqın güvənc yerinə çevrilmişdir. Azərbaycan Ordusu regionun ən güclü və modern ordusu olmaqla, həm də ən inkişaf etmiş ölkələrin ordusunun ön sıralarında yer alır. Ordu sıaralarında vətənpərvər, sağıam düşüncəli, mənən zəngin, torpağını sevən, müasir silahlar və texnikadan məharətlə istifadə etməyi bacaran hərbçilər qulluq edir ki, bu da qələbənin əsas şərtlərindəndir...
Xalqımızın zorən qatıldığı müqəddəs müharibədə Azərbaycan ordusu, onun hərbi qulluqçuları öz qabiliyyətini və üstünlüyünü dünyaya sübut etdi. Ali Baş Komandan İlham Əliyevin səfərbərliklə bağlı verdiyi əmrlə vətənpərvər oğullar doğma yurdun müdafiəsi uğrunda bir nəfər kimi ayağa qalxdı.. Həmin oğullardan biri də Bahadurov Anar Süleyman oğlu idi...
Anar Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad rayonunda dünyaya gəlmişdi.
Uşaqlıqdan öz fərqli dünyası olan bu oğlan, 1998-ci ildə N.Gəncəvi adına 5 saylı orta məktəbin birinci sinfinə getmiş və 7-ci sinfədək bu məktəbdə təhsil almışdır. Elmə, xüsusilə də humanitar fənlərə olan həvəsi onu şagird yoldaşlarının və müəllimlərin sevimlisinə çevirmişdi. 7-ci sinfi bitirəndən sonra imtahan verərək Əlibayramlı (indiki Şirvan) şəhər Özəl Türk Liseyinə qəbul olunur.
Yüksək göstəricilərlə bu təhsil ocağını da başa vuran Anar, 2009-cu ildə Ali məktəblərə qəbul imtahanılarndan 645 bal toplayayaraq Azərbaycan Dövlət universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə ali təhsilini başa vuraraq maqistraturaya daxil olur. Lakin təhsilini donduraraq vətən borcunu verməkdən ötrü həqiqi hərbi xidmətə yollanır.
Hərbi borcunu Tovuz rayonundakı “N” saylı hərbi hissədə yerinə yetirib geri dönən Anar, 2014-2016-cı illərdə Almanıyanın Köln şəhərində maqistratura təhsili alır. O, bir neçə xarici dili də öyrənməyə nail olmuş, ingilis dilindən isə “İelts” proqramı üzrə sertifikat almışdı. Gələcəyin hüquq müdafiəçisi hərətrəfli bilik və bacarığa yiyəlnir, müasir Azərbaycanın gələcəyini daha gözəl, daha yüksək inkişaf səviyyəsində görür və bunun üçün özü də əlindən gələni edirdi. Lakin son illərdə sərhədyanı ərazilərimizdə baş verənlər, düşmənlərin bütün beynəlxalq razılaşmaları pozaraq dinc əhalini də hədəf seçməsi, daimi yeni ərazi iddiaları onun da gənc ürəyi düşmənə qarşı qəzəb və nifrət hissi ilə dolurdu...
2020-ci il 27 sentyabr günü xalqımızın qaqlı savaşı başlanarkən Anar da vətən qarşısında borcunu vermək, mənfur düşmənləri müqəddəs torpaqlarımız olan Qarabğadan qovub çıxarmaq üçün əyninə hərbi forma geyinərək cəbhəyə yollanır.
Anar Bahadurov Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və kəndləri uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Döyüş meydanlarıda düşmənin yüzlərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində xüsusi çeviklik və qəhrəmanlıq göstərmişdir. O, öz həyatını təhlükəyə ataraq yaralı yoldaşlarının döyüş meydanından təxliyyə olunmasını təmin etmişdir. Noyabr ayının 8-də Qubadlı-Şuşa istiqamətində həlledici ağır döyüşlər isə Anarın sonuncu döyüşü olmuş, o, qələbənin bircə addımlığında ağır yaralanaraq ən uca məqam olan müqəddəs şəhidlik mərətbəsinə yüksəlmişdir...
...Göstər yaralarını, dünya görüb inansın,
Udduq haqq savaşını, ver sadağa, gəlmişik...
Bahadurov Anar Süleyman oğlu Sabirabad rayonunda şəhidlər xiyabanında dəfn edilmiş, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir...
Şəhidlər canlarından keçərək vətənin sərhədlərini qanları bahasına bərpa etdilər. Zülmət gecəyə işıq şəhid yaralarından düşər, zülm zəncirləri onların əlləri ilə qırılar, əbədiyyətə yol onların saldığı izlərdən keçər...Allah, vətən və millət yolunda canına qıyan insanların fəth etdiyi ən uca aləmdir şəhidlik... Hər gün tarixə yazılmaz, tarixə yazılan hər gün də yadda qalmaz. Günləri unudulmaz edən qəhrəman şəhidlərimizdir, payına düşən ömür payını vətəninə qurban verən şəhidlər...
Allah rəhmət eləsin!
Şahnaz Şahin,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi