"Daha dözə bilmirik, belə yaşamaq olmaz!" - Sakinlər icra başçısından kömək istəyir
13-03-2021 [15:07]
Xətai rayonu, Süleyman Vəzirov küçəsi 22 ünvanında yerləşən, "Ləpələr MTK" tərəfindən inşa olunmuş binaların sakinləri ciddi problemlərlə üzləşdiklərini bildirirlər.
Onlardan bir qrupu müraciətdə yazıblar ki, 2008-2009-cu illərdə təhvil verilmiş 4 binada 12 ildir yarımçıq qalan işlər hələ də tamamlanmayıb: "Liftlər "Belarus" istehsalıdır, çox vaxt işləmir, yüksək mərtəbələrə çıxıb-düşmək, xüsusən yaşlı sakinlər üçün əzaba çevrilir. Binanın qarajı tikilən vaxtdan necə var, elə də qalıb, betona heç rəng də vurulmayıb. Həyətin girişinə qoyulmuş şlaqbaum da işləmir, kim istəyir girir - çıxır, uşaqların tərpənməsinə belə imkan yoxdur. Hər yer avtomobil dayanacağına çevrilib, kim istəyir, gətirib avtomobilini həyətdə saxlayır".

Şikayətdə daha sonra qeyd olunur ki, bloklar, dəhlizlər, komendantların oturduğu budkalar da pis gündədir. Amma bütün ödənişlər vaxtlı - vaxtında yığılır. "Kimin qarajı yoxdursa, ayda 100 manat ödəniş edir. Bir otaqlı evlərdən 10, iki otaqlılar 20, 3 otaqlı evlərdən isə aylıq 30 manat pul toplanır. Amma yığılan vəsaitlər sözügedən problemlərin aradan qaldırılmasına sərf olunmur", - deyə sakinlər bildiriblər.
Şikayətçilər onu da deyiblər ki, MTK rəhbərliyi binanın qarajında yeni "moyka" tikir: "Təsəvvür edin, yağış, qar yağanda zirzəmi az qala dizəcən suyun içində olur. Bu şəratdə hələ bir "moyka" da açırlar, fikirləşmirlər ki, daha böyük biabırçılıq olacaq".

Sakinlər təsvir olunan dözülməz vəziyyətdən tez-tez kooperativin rəhbərliyinə şikayət etsələr də, nəticəsi olmayıb. Bir neçə dəfə problemlərin həlli ilə bağlı toplantı keçirilməsi təklif olunub, amma rəhbərlik tərəfindən rədd edilib.

"Ləpələr MTK"-nın tikdiyi binalarda yaşayan sakinlər media vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib, kömək istəyirlər: "Xətai Rayon İcra Hakimiyyətindən, icra başçısı hörmətli Rafiq Quliyevdən xahiş edirik, bizim səsimizə səs verib, problemlərin həll olunmasında yardımçı olsun. Daha dözə bilmirik, belə yaşamaq olmaz!"
"AzPolitika.info"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi