Əsir çinarın hekayəsi (esse)
13-03-2021 [12:25]
Hər bahar gələndə kəndimizdəki nəhəng çinar ağacını xatırlayıram. Üstündən illər keçsə də sanki indiki kimi gözümün önündə dayanan o qocaman çinarın əzəmətli duruşunu heç zaman unutmayacağam.
Ata yurdum, Qubadlının axarlı-baxarlı Başarat kəndinin girəcəyində, geniş budaqlarının kölgəsində bəlkə də yüzlərlə insanı barındıra bilən o çinar, deyilənə görə, indi daha yaşamır. Kim bilir, necə acılar çəkib neçə-neçə ruhsuz düşmənlə qarşılaşsa da öz qürurunu qoruyub. Axı bu torpaq Nəbinin yurdu, Əlyar, Şükür, Mais kimi qəhrəmanların Vətənidir. Silahı olmasa da özünün qədd-qaməti ilə qoca çinar da düşmənə qarşı sonacan vuruşub, əyilmədən sınıb, ömrünü bitirib.
O dəhşətli avqust günlərində yağı düşmən Qubadlını hər tərəfdən mühasirəyə aldığında kənd camaatı sonuncu dəfə həmin çinarın kölgəsində toplaşıb, müdafiə batalyonundan gələcək xəbərləri ümidlə gözləyirdi. Həmin gün dədə-baba yurdunu, bəzəkli ev-eşiyini, bar-bəhərli bağ-bağçasını birdəfəlik atıb ümidsizliyə doğru yola çıxanların, ağlayan qadın-uşaqların fəryadına sanki qoca çinar da səs vermişdi. Dili olmasa da hamıdan uca boyu ilə yaxınlaşan o qorxunc təhlükəni hamıdan yaxşı görürdu: Erməni vandalizmi! Sanki çinarın ürəyinə dammışdı. Qadına, uşağa, qocaya, cavana, hətta canlıya, cansıza da fərq qoymadan hamını bimərrə atəş altına alıb yox etmək üçün gözü dönmüş erməni vandalizmi! Amma çinar təmkinliydi. Beş yüz il ərzində sakini olub yaşadığı bu torpaqda həmişə onu sevgi ilə salamlayıb, qamətindən fəxrlə danışan, hər gün səhər sübhündən axşam toranınadək görməyə adət etdiyi həmkəndlilərinə vəfa borcunu verməyə qərarlıydı çinar. Sonuncu başartlını sağ-salamat yola salıb, bu yerlərin keşiyində duracaqdı...
Deyirlər, çinarlar uzunömürlü olduğu qədər də vəfalı və səbirlidirlər. Doğma torpağın qucağında ona sahib çıxıb, nəvaziş edən insanların yolunu həmişə gözləyərlər. Yadellinin bir gün mütləq məhv ediləcəyini, köklərindən daha necə yüzlərlə çinar fidanlarının boy atıb ucalacağını bilən Başarat çinarı da sonunda vüsalına qovuşmuşdu. “Vətən yaxşıdı!” deyib, daha artıq gözləməyə səbri çatmayan igid oğullar bir gün qılıncı çəkib, qoç Koroğlu kimi atlandılar. Qisas zamanıydı! 28 il əvvəl anasının əlindən tutub qoca çinarla vidalaşan gözüyaşlı balaca uşaqlar indi cəsur döyüşçülər kimi geri qayıdıb dastana göndülər. Beləcə bu əsgərlərin hər birinin ürəyindəki qisas alovu uzun illərin əzabında saçlarını ağardan qoca çinarın da torpağa bağlı köklərinə işıq tutdu, ürəyinə su səpdi.
Rahat yat Çinarım! İndi torpağında Azərbaycan Bayrağı dalğalanır.
Şəlalə Cabbarova
Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi