ADU-da Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş konfrans

img

25-12-2013 [17:56]


Dekabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş "Məmməd Araz novator şair idi” mövzusunda Respublika konfransı keçiriləcək.

Konfransda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı, şair Aqil Abbas və Məmməd Arazın ailə üzvləri, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, ziyalılar iştirak edəcək. Konfransı ADU-nun rektoru, professor Səməd Seyidov giriş sözü ilə açıq elan edəcək. Milli Məclisin deputatı, şair Aqil Abbas, "Azərbaycan” qəzetinin şöbə müdiri, Əməkdar jurnalist Flora Xəlilzadə, "Azərbaycan” jurnalının baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli çıxış edəcəklər. ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Nurlanə Qasımlı "Məmməd Araz novator şair idi” mövzusunda məruzə edəcək. Konfrans bədii hissə ilə yekunlaşacaq. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il tarixli Sərəncam imzalamışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA