“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı
12-03-2021 [18:23]
“Nar” media nümayəndələrinin də iştirakı ilə keçirilən mətbuat konfransında 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb.
Mia.az xəbər verir ki, mobil operator 2020-ci ildə müştəriyönümlü strategiyasına sadiq qalaraq xidmətlərini yeni reallıqlara və müştərilərinin dəyişən tələblərinə uyğunlaşdırıb. Həmçinin “Nar” Vətən müharibəsi və koronavirus pandemiyası ilə səciyyələnən bu ildə rəqəmsal kanalların inkişafına xüsusi diqqət ayrıb və müxtəlif sosial layihələrlə cəmiyyətə dəstəyini davam etdirib.
İlin ilk rübündən etibarən karantin məhdudiyyətlərini nəzərə alaraq, mobil operator müştərilərin evdən çıxmadan bir çox xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar”ı istifadəyə verdi. Həmçinin onlayn kanallarla nömrə satışları da aktuallaşdı. Belə ki, narsim.az saytı vasitəsilə minlərlə müştəri yeni “Nar” abunəçisinə çevrildi. Ümumilikdə, səyyar xidmət və onlayn satış kanalları üzərindən 8000-dək sorğu icra edildi.
Müştəri təcrübəsinin daha əlverişli olması üçün il boyunca 19 satış nöqtəsi və 3 “Nar” xidmət mərkəzi yeni konseptə uyğun olaraq abunəçilərin istifadəsinə verilib. Məqsəd müştərilərin bütün təmas nöqtələrində vahid və üstün keyfiyyətli xidmət əldə etməsidir. Şirkətin müştəriyönümlü strategiyasının bir parçası olaraq, mağaza və xidmət mərkəzlərinin yenilənməsi bu il də həm Bakı, həm də bölgələrdə davam etdiriləcək.
Mobil operator ötən il boyunca şəbəkə təkmilləşdirməsi işlərinə də davam edib. Ümumilikdə, 150-dən çox yeni baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2700-ü, 3G baza stansiyalarının sayı isə 2800-ü ötüb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Bundan başqa, ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgələrdən olan istifadəçilərin payına düşür.
Karantin rejimi müddətində “Nar" müxtəlif kanallar vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə müraciət etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Mobil operatorun rəsmi sosial media səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.
2020-ci il ərzində müştərilərə göstərilən yüksək keyfiyyətli xidmət sayəsində mobil operatorun müştəri loyallığı indeksi üzrə 30% artım qeydə alınıb. Abunəçilərin seçiminə təsir edən 3 əsas amil zənglər və mobil internet üçün ən yaxşı qiymətlər, şəbəkə keyfiyyətindən razılıq və kəsintisiz zənglər, internet və zənglər üzrə sərfiyyatın hesablanma dəqiqliyi olub. Qeyd edək ki, müstəqil araşdırma şirkətləri tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” müştəri məmnuniyyəti indeksi üzrə liderliyini artıq ardıcıl 2-ci ildir ki, qoruyub saxlayır.
2020-ci ildə “Nar” korporativ sosial məsuliyyətli şirkət olaraq cəmiyyət üçün dəstək layihələrinə xüsusi diqqət ayırıb. Mobil operator koronavirusla mübarizə və torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi dövründə fərqli istiqamətlərdə çalışaraq, ümumilikdə 10-dan çox sosial layihə həyata keçirib. İlk növbədə, mobil operator ilin əvvəlindən yayılan pandemiya ilə mübarizəyə dəstək olmaq üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat ianə etdi, tibb işçiləri və xəstələri pulsuz mobil rabitə ilə təmin etdi, eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələr verildi. Bundan başqa, “TƏBİB” ilə bərabər pandemiya dövründə görünməyən qəhrəmanlar haqqında hekayələri bir araya toplayan “Günün Qəhrəmanları” müsabiqəsi reallaşdırıldı.
Vətən müharibəsi dövründə isə “Nar” cəbhəyanı bölgələrdə, həmçinin Gəncə və Bərdə şəhərlərində abunəçiləri üçün ödənişsiz mobil rabitə imkanları yaratdı, cəbhəyanı ərazilərdən müvəqqəti köçürülmüş ailələrə dəstək olmaq üçün onları isti qış geyim dəstləri ilə təmin etdi. Mobil operator həmin bölgələrdə yaşayan istifadəçiləri kəsintisiz rabitə ilə təmin etmək üçün baza stansiyalarının tutumunu genişləndirdi, və səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş rayonlarımızda mobil şəbəkə yaratdı. Qeyd edək ki, son 6 il ərzində “Nar” tərəfindən sosial layihələrin həyata keçirilməsinə ümumilikdə, 6,6 milyon manatdan çox investisiya ayrılıb.
“Nar” 2021-ci ildə də müştəriyönümlü strategiyasını əsas götürərək, bütün xidmət kanalları üzrə daha üstün keyfiyyət, daha sadə və əlverişli məhsullar, daha geniş əhatə dairəli şəbəkə üçün səylərini davam etdirəcək.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR